Qırmızı qurd eşənəyi - hər xəstədə fərqlidir

00:24 24-01-2023 | icon 785 | Sağlamlıq
Qırmızı qurd eşənəyi - hər xəstədə fərqlidir

Nərminə Abbasova: “Proqressiv və ildırımgedişli forma çox az xəstədə rastlanır”

 

Saytımızın bugünkü mövzusu autoimmun xəstəliklərdən biri olan qırmızı qurd eşənəyi ilə bağlıdır. Qırmızı qurd eşənəyi zamanı insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir.

 

Mövzu ilə bağlı Versus.az-ın oxucularını məlumatlandıran ailə həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Həkimin sözlərinə görə, bəzi amillər təhrikedici ola bilər. Yəni irsi, ətraf mühit, dərmanlar və hormonlar.

 

Nərminə xanım qeyd etdi ki, Qurdeşənəyi gicitkan dalamış kimi qaşıntı verir. Dodaqlarda, göz qapaqlarında, genital bölgədə ya da bədənin hər hansı bir yerində şiş şəklində ortaya çıxa bilir. Onun sözlərinə görə, bəzən qabarcıqlar toplu halda bir yerdə çoxlu meydana gəlir.

 

 

Həkim terapevt vurğuladı ki, qabarcıqlar bəzən günlərlə davam edir, bəzən isə bir neçə gün sonra birdən itə bilir. Əgər qurdeşənəyi 6 həftədən çox davam edirsə, xroniki bir narahatlıqdan söhbət gedir. Həkim deyir ki, qırmızı qurd eşənəyi xəstəliyi zamanında müəyyən edilərək müalicə olunarsa, xəstənin sağalması əlbəttə ki, mümkündür:

 

 

“MayoMed Klinikası doğru zamanda aşkar edilən Qırmızı Qurd eşənəyindən əziyyət çəkən xəstələri sağlamlıqlarına qovuşdurmağa tam zəmanət verir. Bu xəstəliyə qadınlarda kişilərə nisbətən 9 dəfə  daha çox rast gəlinir. Qara dərili irqdə ağdərililərə nisbətən 3-4 dəfə daha çox yayılıb. Xəstəliyin əmələ gəlmə səbəbi tam bilinmir”.

 

Həkim deyir ki, sistem qırmızı qurd eşənəyinin əsas patoloji xüsusiyyəti iltihab və vaskulyar patologiya; immun kompleks depolanması və vaskulit/ vaskulopatiya kimi özünü göstərir:

 

“Sistem qırmızı qurd eşənəyi diqanozunu təsdiqləyən ən xarakterik əlamət hematoksilin cismciklərinin varliğıdır. Bunlar bütün orqanlarda müxtəlif ölçülərdədir, eozin ilə boyanaraq oval qirmızı-bənövşəyi homogen görünürlər və degenerasiya olmuş xromatin aqreqatlarına oxşayırlar. Ən nəzərə çarpan patoloji dəyişiklik fibrinoid nekrozdur. Xüsusilə arteriyalar, arteriollar və kapillyarları zədələyir”.

 

Xəstəlik zamanı dəridə olan patoloji dəyəşikliklərdən də söz edən Nərminə xanım bildirdi ki, dermal-epidermal birləşmə yerində ödem, vakuolizasiya, fibrinoid nekroz, damar və follikul ətrafında mononuklear hücüyrə infiltrasiyası əmələ gələ bilir. Onun sözlərinə görə, xronik iltihablarda hiperkeratoz və dəridə artofiya əmələ gəlir:

 

 

“Damarlarda olan patoloji dəyişikliklərə gəlincə, böyük diametrli damarların vaskuliti nadir hallarda yaranır. Xəstələrin böyük qismində kiçik arteriya və arteriyolalarda vaskulit yaranır. Damar divarında və ətrafında daha çox mononuklear hüceyrə infiltrasiyası baş verir və immun kompleks depolanır. Xəstələrin çoxunda böyrək biobsiyasında dəyişikliklər olur. Yüngül dərəcə böyrək patologilarında mezengial matriks qalınlaşması ilə birlikdə mezengial hüceyrə artışı və ya qlomerulyar kapillyar hüceyrələrin seqmental proliferasiyası görünür”.

 

Həkim terapevtin sözlərinə görə, sistem qırmızı qurd eşənəyi aktivləşmə və remissiyalarla növbələşən xroniki xəstəlikdir, hər xəstədə müxtəlif başlanğıc və gedişatı fərqlidir. Proqressiv və ildırımgedişli forma çox az xəstədə rastlanır. Xəstələrin tipik bir qismində xəstəliyin tipik şəkli diaqnozu asanlaşdırır:

 

“Ümumi simptomlarla müraciət edən xəstələrdə diaqnoz çətinlik törədir və gecikir. Xəstəliyin başlanğıcında və aktivləşmə dövrlərində halsızlıq, yorğunluq, çəki itirmə, bədən hərarətinin yuksəlməsi kimi ümumi simptomlarla yanaşı dəri, oynaq, serozitin olması şübhələnməyə əsas verir. Hərarət 80% dən çox xəstələrdə olur və xəstəliyə uyğun müalicə təyin olunana qədər davam edir. Oynaqlardakı dəyikliklər bəzən keçici olur, bəzən isə xronikləşir”.

 

 

DİQQƏT!

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA xəstəlikdən əziyyət çəkən hər kəsi müalicə üçün Klinikaya dəvət edir. Burada pasientləri mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”