Operatorun güllələndiyi filmin taleyi ilə bağlı qərar

08:15 24-01-2023 | icon 645 | Film
Operatorun güllələndiyi filmin taleyi ilə bağlı qərar

Amerikalı aktyor Alek Bolduin tərəfindən çəkiliş meydançasında təsadüfən vurulan operatorun ölüm hadisəsinə baxmayaraq, “Pas” (“Rust”) filminin çəkilişləri davam edəcək.

 

Bu barədə “Rust Movie Productions” şirkətinin vəkili Melina Spedaun xəbər verib.

 

“Cənab Bolduinin baş rolda və Coel Souzanın rejissoru olduğu film tamamlanmaq üzrədir”, - deyə o bildirib.

 

Vəkilin sözlərinə görə, çəkiliş prosesində baş verənlərə nəzarət edəcək xüsusi təhlükəsizlik müfəttişləri və həmkarlar ittifaqı üzvləri iştirak edəcək. Həmçinin çəkilişdə həqiqi silah və hər hansı bir döyüş sursatı istifadə etmək qadağan olunacaq.

 

Xatırladaq ki, Nyu-Meksiko ştatının prokurorluğu aktyor Alek Bolduini “Pas” filminin çəkilişləri zamanı odlu silahdan açdığı təsadüfi atəş nəticəsində operator Qalina Hatçinsi ehtiyatsızlıqdan qətlə yetirmədə ittiham etmək qərarına gəlib.

 

Ukrayna əsilli Hatçins 2021-ci ilin oktyabrında öldürülüb. Bolduin təsadüfən onun sinəsinə tapança ilə atəş açıb. Filmin rejissoru Coel Souza da çiynindən yaralanıb, lakin sağ qalıb.

 

Hadisə aktyorun filmdən bir səhnəni məşq edərkən yaşanıb. O, tapançanın boş patronlarla doldurulduğundan əmin olub. Tapançadakı güllə isə həqiqi olub.

 

Çəkilişlərdə silahlara cavabdeh olan Hanna Qutyerres Red də eyni ittihamla mühakimə olunacaq.

 

Yanvarın sonuna kimi ittihamlar rəsmi şəkildə təqdim olunacaq. Aktyorun vəkili Lyuk Nikas Bolduinə qarşı irəli sürülən ittihamlara etiraz edəcəyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

24 saatın NƏTİCƏLƏRİ

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər