Məhkəmədə etiraf

08:39 26-01-2023 | icon 700 | Hadisə
Məhkəmədə etiraf

“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın”

 

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal rayonu, İ.Dadaşov küçəsində yerləşən evə daxil olaraq oradakı seyfdən dörd min dollar və 440 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamış iki nəfərə hökm oxunub.

 

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxslərdən 1978-ci il təvəllüdlü Babək Həsənov 2020-ci ildə A.Nadirovanın evində təmir işləri görüb. O, həmin vaxt evdəki dəmir seyfin içində xeyli pul olduğunu ehtimal edib. Babək 2022-ci ilin yayında dostu, 1992-ci il təvəllüdlü Tacir Seyidovla görüşərək oğurluq planı haqqında ona bildirib. Onlar ev sahibinin ailəsi ilə birgə Novxanıda bağda olduğu vaxt xüsusi aparatlarla mənzilə daxil olaraq seyfi kəsiblər.

 

Məhkəmədə ifadə verən Tacir hadisə barədə bunları deyib:

 

“20 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Nərimanov parkındakı çayxanaların birində Babəklə söhbət edərkən bankdakı borclarımı ödəyə bilmədiyimi dedim. Babək mənə tanıdığı imkanlı şəxsə məxsus evdən oğurluq edə biləcəyimizi, əvvəllər həmin evdə usta işlədiyini və həmin vaxt evə seyf yerləşdirildiyini bildirdi. Razılaşdıqdan sonra növbəti gündən etibarən birlikdə bir neçə dəfə Yasamal rayonu ərazisində yerləşən həmin evə gedib kənardan müşahidə apardıq, evdə heç kimin olmadığını dəqiqləşdirdik. Babək seyfi avtogen qurğusu ilə kəsəcəyimizi, həmin alət üçün oksigen və propan balonu, boru və “rezak” kimi qurğuların lazım olduğunu dedi. Ayın 29-u gecə Babəklə NZS-də görüşüb oradan Yasamala getdik. Təxminən iki saatdan çox gözlədikdən sonra 02 radələrində evə girdik.

 

 

Lakin Babək seyfi əvvəllər gördüyü otaqda aşkar edə bilmədi. Belə olan halda dəyərli bir şey tapmaq üçün bir-bir otaqlara baxmağa başladıq. Yataq otaqlarının birində axtarış apararkən şkafın içərisindəki seyfi gördük. Babəklə köməkli şəkildə həmin seyfi üzbəüz yerləşən hamam otağına daşıdıq. Orada Babək avtogen qurğusu ilə seyfi kəsməyə başladı, mən də duşla sulayırdım ki, içərisindəki pullar yanmasın. Bundan sonra içərisinə əl atıb oradan kiçikölçülü qızıl qutularını çıxardıq. Qutulardan müxtəlif çeşidli qızıl-zinət əşyalarını götürüb bir ədəd sellofan paketə yığdıq. Qızıl-zinət əşyalarının çəkisi təxminən 1,5 kiloqram olardı. Seyfdə qızıllardan başqa, 3 800 ABŞ dolları var idi. Taksi ilə yaşadığım Sabunçu rayonu, Saratov küçəsinə gəldim. Qızılları evə aparıb plastmas qutuya yığıb saxlaması üçün anama verdim. Dedim ki, qızılları Rusiyaya gedən dostum əmanət kimi verib”.

 

Oğurlanan qızıllar arasında 12 288 manat dəyərində bir ədəd “Gp: Girard Perregaux” qızıl qol saatı, 11 240 manat dəyərində bir ədəd içərisində “Cartier” qızıl qol saatı, 19 040 manat dəyərində bir ədəd “Girard-Perregaux” qızıl qol saatı, 9 800 manat dəyərində yeddi ədəd “15”lik, 3 880 manat dəyərində dörd ədəd “10”luq, 7 500 manat dəyərində on beş ədəd “5”lik, 2 760 manat dəyərində üç ədəd qluplu “10”luq, 2 400 manat dəyərində bir ədəd üzərində “Georgia 25 X11 % 02 Gold 9999” yazısı həkk olunmuş “25”lik qızıl sikkə, 9 000 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 3 605 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 4 777 manat dəyərində bir ədəd, üzərində ağ şəffaf qaşları olan qızıl boyunbağı, 52 300 manat dəyərində bir ədəd, üzərində ağ şəffaf qaşları olan qızıl boyunbağı, 11 261 manat dəyərində bir ədəd, üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8 355 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik və sair olub.

 

Qiymətləndirmə zamanı 750 əyarlı qızılın 1 qramı 105, 585 əyarlı qızılın 1 qramı 80, 950 əyarlı platinin 1 qramının isə dəyəri 80 manatdan hesablanıb.

 

Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədikləri bildirilib, zərərçəkən tərəf onlardan şikayətçi olmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar tarixli hökmü ilə Babək və Tacirin hər birinə beş il həbs cəzası verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...