"Kimsə hava məkanımızı keçmək istəsə, vurulacaq”

18:16 26-01-2023 | icon 381 | Qarabağ
"Kimsə hava məkanımızı keçmək istəsə, vurulacaq”

 

 

Ermənistan və Qarabağdakı separatçı rejim “İnformasiya cəbhəsi”ni möhkəmləndirmək üçün indi də “dronlarla Qarabağa silah-sursatın daşınmaq” la bağlı sərsəm çıxışlar edir. Mətbuatda gedən məlumatlara görə cinayətkar Vardanyan Ukraynadan Ermənistana gətirilən PUA-ları, silahları Laçın yolundan keçmədən Qarabağdakı separatçı rejimə çatdırmaq üçün alternativ “yollar” “araşdırır”.  Vardanyan bildirib ki, silah daşınmasının sürətli həll yollarından biri yüklərin dronlarla çatdırılmasıdır. O, deyib ki, biznesmenləri dronların alınmasını həyata keçirə bilər, Azərbaycan buna maneə olsa da, dayanmaq olmaz.

Görünür, qeyri-qanuni Qarabağa keçib orada özünə dəstə quran Vardanyan başının əzilməsini tezləşdirmək istəyir. Bütün hallarda ermənilərin Dronlar vasitəsilə Azərbaycan hava məkanından istifadə edərək Qarabağa silah daşıması mümkündürmü və bu baş verərsə düşməni hansı aqibət gözləyir?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bu məlumatları ermənilərin növbəti cəfəngiyyatı adlandırıb. Onun sözlərinə görə, separatçı rejimin rəhbərliyi Laçın yolundan yan keçməklə əlavə marşrutların olması üzərində düşünür, amma yanlışdır.

“Separatçılar ağıllarına gələn bu cür məlumatları “informasiya müharibəsi” kontekstində səsləndirirlər. Onlar vaxtilə bu təbliğat maşınını Xankəndi aeraportunun işə salınması və ora enişlərin edilməsi ilə bağlı səsləndirdilər.  Amma gördülər ki, mümkün deyil. İndi də dronlarla hava yolundan silah daşınması fikrini səsləndirirlər. Boş, real olmayan bir məsələdir. Birinci, bunu həyata keçirmək üçün Ermənistanın texnoloji vasitəsi yoxdur, digər tərəfdən də İP-lə təsdiqlənən texnoloji aparatları olmalı və mərkəzləşdirilmiş şəkildə həyata keçiriləcək texniki heyətin hazırlanmasına böyük zaman lazımdır. Üçüncü, axı onlara hava məkanından karidoru kim verir?!.”

 

E.Şıxəliyev  qeyd edib ki, bu gün sərhəd boyu ərazilərimiz 360 dərəcə perimetrdə Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir.  Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Sistemlərimizin gözündən nəinki dron, quş da yayına bilməz.  

 “Azərbaycanın icazəsi olmadan kiminsə Qarabağa uçuş etməsi mümükün deyil.  Kimsə hava məkanımızı keçmək istəsə, vurulacaq”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı