“Səfirliyə hücum artıq “qırmızı xətt”in keçilməsidir”

13:29 27-01-2023 | icon 156 | Siyasət
“Səfirliyə hücum artıq “qırmızı xətt”in keçilməsidir”

“Azərbaycanın İrandakı səfirliyinə hücum, xüsusilə orada hər hansı bir işçinin qətlə yetirilməsi və digər iki nəfərin yaralanması Vyana Konvensiyasına, eyni zamanda, ikitərəfli münasibətlərimizə ziddir. İranın müəyyən qüvvələri, - bəlkə də, bir sıra rəsmi dairələrlə bağlılıqları var, - Azərbaycanla münasibətləri pozmaq fikrindədirlər. Çünki son vaxtlar həm Tehranın siyasəti, həm də onun Azərbaycana qarşı bir sıra bəyanatları, həmçinin siyasi aksiyalar göstərir ki, bu dairələr Azərbaycan-İran münasibətlərinə təhlükə yaratmaq fikrindədirlər. Səfirliyə hücum isə artıq “qırmızı xətt”in keçilməsidir.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

 

Bu cür halların diqqətdən kənarda qalmayacağını qeyd edən politoloq bildirib:

 

“Bu, birmənalı şəkildə göstərir ki, Tehran Azərbaycan-İran münasibətlərinin sabit olmasına maraqlı deyil. Yaddan çıxarılmamalıdır ki, İranın da xaricdə səfirlikləri yerləşir. Bu hücuma görə məsuliyyət İranın hakimiyyət orqanlarının üzərinə düşür. Bununla bağlı ciddi araşdırma aparılmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN