Səfirliyimizə hücumda Ermənistan terror təşkilatlarının İZİ

14:08 27-01-2023 | icon 169 | Siyasət
Səfirliyimizə hücumda Ermənistan terror təşkilatlarının İZİ

Çingiz Qənizadə: “İrandan çox Ermənistan terrorçu təşkilatlarının izi görünür”

 

Tehranda Azərbaycan səfirliyində törədilən  qanlı olay ölkə ictimaiyyətində hiddətlə qarşılanmaqla yanaşı, müxtəlif ehtimallar ətrafında yaranan suallara da cavab axtarılır. Din qardaşımız saydığımız İranın Azərbaycana qarşı bu cür aqressiv münasibət sərgiləməsinin arxasında hansı maraqlar dayanır və İran-Azərbaycan münasibətlərinin qanlı olayla bu qədər gərginləşməsində hansı qüvvələr maraqlı ola bilər?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə danışan hüquq müdfiəçisi Çingiz Qənizadə ilk növbədə səfirliyimizə edilən cinayətkar basqın zamanı Azərbaycan mühafizəçisinin kifayət qədər müqavimət göstərməsi faktını Şəhidliyə qovuşması ilə təzahür olunduğunu qeyd edib.

 

Hüquqşünas eyni zamanda bu məsələdə İran -Azərbaycan münasibətlərinin gərginləşdirməyə çalışan qara maraqların olduğunu da istisna etməyib:

 

“İran siyasi dairələrinin bu terror aktında marağının olmasını düşünmürəm. Biz İran siyasi dairələrinin Azərbaycana qarşı münasibətini , eləcə də Azərbaycanın  düşmənləri ilə hansı dostluq münasibətlərində olmalarını, son illər ölkəmizə yönələn təhdidlərini, işğalçı Ermənistana verdiyi dəstəyi də bilirik.  Amma unutmayaq ki, son bir neçə gündə Azərbaycan və İran xarici işlər nazirləri arasında  müzakirələri cəmiyyətə tam açıqlanmayan görüşlər keçrilib. Bu, münasibətlərin normallaşmasına xidmət edən görüş idi”

 

Ç.Qənizadə bu olayda başda Ermənistan olmaqla, digər ermənipərəst ciynayət qrupların əlinin olmasını inkar etməyib. Onun sözlərinə görə, Ermənistan və onun havadarları İran -Azərbaycan münasibətlərinin normallaşmasını istəmirlər:

 

“Bu terrorda İran siyasi dairələrindən çox, Ermənistanın cinayətkar və terrorçu təşkilatlarının izini görürəm. Çünki İran-Azərbaycan münasibətlərinin normallaşması nə Ermənistana, nə də onları dəstəkləyən qüvələrə lazım deyil. Nə qədər ki, İran-Azərbaycan münasibətləri gərgin olacaq, düşmən qüvvələr də bundan bəhrələnməyə cəhd edəcəklər. O baxımdan bu terrorun səbəblərini erməni terror təşkilatlarında axtarmaq daha doğru olardı”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordu ilə bağlı zarafat etdi

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN