"İran açıq şəkildə düşmən dövlət olduğunu bəyan etməlidir”


Etibar Məmmədov: “Səfirliyimizə hücum Azərbaycan ərazisinə hücümdur"
“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum uzun müddətdir ki, İranın rəsmi dairələri və kütləvi informaisya vasitələri tərəfindən Azərbaycan əleyhinə aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir”.
Versus.Az xəbər verir ki, bunu AMİP lideri Etibar Məmmədov Tehranda Azərbaycan səfirliyinə edilən silahlı basqın nəticəsində törədilən qanlı olayla bağlı bəyanatında bildirib.
E.Məmmədov bildirib ki, istənilən ölkənin səfirliyi beynəlxalq qanunlara görə həmin ölkənin ərazisi hesab olunur və ona görə də səfirliyimizə hücum Azərbaycan ərazisinə hücüm kimi qiymətləndirilməlidir:
“Səfirliyin qorunması məsuliyyəti ilk növbədə İranın rəsmi qurumlarının öhdəliyi olduğundan baş vermiş terror hücumuna məsuliyyəti də İran dövləti daşıyır. İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi inandırıcı deyil və o baxımdan da baş vermiş terror aktında İran xüsusi xidmət orqanlarının rolu ciddi şəkildə araşdırılmalı İrandan izahat tələb olunmalıdır. İran ya ayrı-ayrı ölkə səfirliklərini qorumağa belə aciz olduğunu etiraf etməli, ya da açıq şəkildə düşmən dövlət olduğunu bəyan etməlidir”.
E.Məmmədov bəyan edib ki, Tehtanda baş verənlər bir daha Güneydəki soydaşlarımızın molla rejiminə qarşı, fars-erməni birliyinə qarşı bir yumruq kimi birləşərək mübarizə aparmasını zəruri edir:
“Bu gün İran adlanan ölkədə Azərbaycanın haqqını və hüququnu qorumaq həm də orada yaşayan 40 milyonluq soydaşımızın vəzifəsi olmalıdır. Səfirliyimizin qorunması zamanı şəhid olmuş Orxan Əsgərova Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm”.
TAHİRƏ
Versus.Az
Xəbər lenti

Məleykə Abbaszadə valideynləri günahlandırdı
"Mlərəsə övladlarının 700 bal toplamasının acığını vermək üçün..."