“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

14:27 27-01-2023 | icon 360 | Siyasət
“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 

"Bu teror dini terrorçu qruplarla əlaqələndiriləcəksə, belə izahat qaneedici olmayacaq"

 

“Rəsmi  İran Azərbaycan səfirliyinə təşkil olunan silahlı hücumla bağlı ətraflı, dəqiq, məntiqli cavab verməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu deputatı Hikmət Babaoğlu Tehranda Azərbaycan səfirliyinə edilən silahlı basqın, hadisə zamanı 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən terror aktının arxasında dayanan ehtimallara diqqət çəkərkən bildirib.

 

H.Babaoğlu qeyd edib ki, səfirliyə edilən silahlı hücum Diplomatik Münasibətlər Haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq Əlaqələri Haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlərə ziddir, beynəlxalq qanunları kobud şəkildə pozmaqdır:

 

“Bu qanunlar həmçinin, beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci ildə qəbul edilən Diplomatik Münasibətlər Haqqında Vena Konvensiyasına görə diplomatik nümayəndəliklər və onların personları, diplomatik xidmətə cəlb olunmuş şəxslər xüsusi imtiyaza və xüsusi immunitetə malik olan şəxslərdir”. 

 

Deputat bildirib ki, Tehranda səfirliyə edilən silahlı basqın faktı artıq Azərbaycanın ölkədən kənardakı rəsmi nümayəndəliklərinə qarşı  birinci hal olmadığı üçün, məsələnin daha dərindən araşdırılmasına və daha aydın izahatın verilməsinə ciddi zərurət var:

 

“Böyük Britaniyada Azərbaycan səfirliyinə hücum edilən zaman onun radikal dini qurumlar tərəfindən törətməsi ilə bağlı fikirlər səsləndirildi. Bu gün isə Tehranda baş verən teror eyni ilə hər hansı məzhəb, dini terrorçu qruplarla əlaqələndiriləcəksə, belə bir izahat qaneedici olmayacaq. Ona görə də Azərbaycan tərəfi rəsmi İrandan dəqiq, aydın, məntiqli bir izahat tələb edir”.

 

H.Babaoğlu İran rəsmilərinin regionda qeyri-konstruktiv, radikal mövqelər səsləndirməsinə diqqət çəkməklə, İran rejiminin müəyyən qurumları ilə  baş vermiş bu hadisə arasında müəyyən bir əlaqənin olmasını istisma etməyib:

 

“Regionda vəziyyət çox mürəkkəbdir. Ona görə də bu məsələyə dəqiq aydınlıq gətirilməlidir. Nəzərə almaq lazımdır ki, bu kimi hadisələr təkcə iki ölkə arasındakı münasibətlər kontekstində deyil, bütövlükdə regionda baş verən hadisələr kontekstində çox təhlükəli eskolasiyaların yaranmasına gətirib çıxarda bilər. Bu da regionda sülhlə bağlı yaranmış şərtləri tamamilə dağıtmış olar”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...