ALDP-dən İrandakı səfirliyimizə edilən terrorla bağlı BƏYANAT

19:09 27-01-2023 | icon 182 | Siyasət
ALDP-dən İrandakı səfirliyimizə edilən terrorla bağlı BƏYANAT

"Tezliklə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyəti yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı Bəyanat qəbul edib.

 

Versus.Az xəbər verir ki, bəyanatda deyilir:

 

Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayırıq. Beynəlxalq konvensiyalara uyğun olaraq, İran səfirliyimizi qorumalı idi. Amma belə olmadı və silahlı hücum zamanı belə postda duran İran polisləri heç bir köməklik göstərməyiblər. Bu, nəinki xoşagəlməz, qəbuledilməz hərəkətdir.

 

ALDP hesab edir ki, bu, Azərbaycan-İran münasibətlərinə böyük zərbədir və ölkələr arasında hökm sürən soyuqluğu, heç də yaxşı olmayan münasibətləri daha da kəskinləşdirə bilər.

 

İran son 30 il ərzində ermənilərlə birləşib Azərbaycana qarşı müxtəlif formalarda təxribatlar edib. Azərbaycanın haqqlı olduğu bir zamanda, Vətən müharibəsi dövründə və müharibədən sonra İran ermənilərin tərəfini saxlayıb Azərbaycanı hədələyirdi. Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlərin keçirilməsi, Qafanda konsulluğun açılması, “separatçılara” hərtərəfli dəstəyi və bu kimi hərəkətlər münasibətlərə zərbə vuraraq, son terror aktına gətirib çıxartdı.

 

ALDP bu hücumun tezliklə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edir. 

 

ALDP hücumun qarşısını alarkən şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN