Putin Vardanyanı dəstəkləmir

12:14 31-01-2023 | icon 430 | Siyasət
Putin Vardanyanı dəstəkləmir

Fuad Əliyev: "Azərbaycanlı ekoloqların dinc aksiyası onun istəyini darmadağın etdi"

 

Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifətin formalaşması, onu Rusiyanın Ermənistanda Nikol Paşinyanın yerinə hazırlaması, indi də Bakının Vardanyanın Xankəndidən çıxması tələbinin əngəllənməsi kimi məsələlər gündəmdə qalmaqdadır.

 

Bununla bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev indiyə qədər deyilənlərin tam əksini düşündüyünü dedi.

 

Partiya sədrinin sözlərinə görə, Putin heç də Vardanyanı dəstəkləmir:

 

“Hesab edirəm ki, Vardanyan aldanıb. O fikirləşdi ki, Rusiya vətəndaşlığından çıxsa, onda öz var-dövlətini qoruya bilər, adı sanksiya siyahılarına düşməyəcək. Vardanyan düşünürdü ki, Xankəndidə rahat oturacaq, Qızılbulaq qızıl yatağını və Dəmirli mis-molibden yatağını istədiyi kimi istismar edəcək, qalib kimi Ermənistana gəlib hakimiyyəti götürəcək. Azərbaycanlı ekoloqların dinc aksiyası bunun istəyini darmadağın etdi. İndi Vardanyan çıxış yolu axtarır".

 

Rəsmi Moskvanın Vardanyanı Xankəndiyə göndərib, sonra da Ermənistanda hakimiyyətə gətirəcək fikrinə də diqqət çəkən ALDP sədri bildirdi ki, bu, Rusiya siyasi elitasında bəzi ermənipərəst qüvvələrin istəyi ola bilər:

 

"İnanmıram ki, bu Putinin "planıdır". Vardanyan indi Putindən dəstək almaq istəyir. Bu da alınmır. Onun Qərbdən də dəstəyi yoxdur. Vardanyanın reytinqi çox azdır. Baxın, Xankəndidə mitinqə adamları hətta pulnan belə yığa bilmir. İnanmıram ki, belə bir vəziyyətdə Vardanyan nə Xankəndidə, nə də ki, Ermənistanda lider ola bilər".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...