İranda səfirliyimizə edilən hücumun arxasında kim dayanır?-açıqlama

12:55 31-01-2023 | icon 353 | Geopolitika
İranda səfirliyimizə edilən hücumun arxasında kim dayanır?-açıqlama

 

 

Siyasi ekspertlər məsələni müxtəlif aspektlərdə təhlil etsələr də, faktlar məsuliyyəti rəsmi İranın üzərindən kənarlaşdırmır.

 

 

“Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum tamamilə siyasidir və məsuliyyəti birbaşa molla rejimi daşıyır”.

 

Versus.az xəbər verir ki, Bunu hafta.az-a şərhində politoloq Turan Rzayev bildirib.

 

Onun sözlərinə görə,  etiraz aksiyalarının davam etdiyini nəzərə alsaq İranda nəinki odlu silah, heç soyuq silah belə daşımaq mümkün olmamalıdır. Lakin səfirliyə hücum edən şəxs İranın paytaxtı Tehranda səfirlik binasının önünə qədər Kalaşnikov markalı avtomat gəlsə də heç bir hüquq-mühafizə və ya təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmayıb.

Politoloq hadisəni təhlil edərkən eyni zamanda qeyd edib ki, səfirliyimizə hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yarıb xidmət rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Bu həmin şəxsin heç də sadə bir şəxs olmadığı, xüsusi təlim keçmiş biri olduğunu deməyə əsas verir.  Mümkündür ki, həmin şəxsin SEPAH ilə birbaşa əlaqəsi var. 

 

“İran tərəfi ilk öncə hadisəni törədən şəxsin erməni olduğuna dair informasiya yaysa da daha sonra məlum oldu ki, hadisəni İran vətəndaşı Yasin Hüseynzadə törədib.

Molla rejimi hadisəni Ermənistan-Azərbaycan gərginliyinə yönəldərək məsuliyyətdən yayınmağa çalışacaqdı. Xüsusi ilə səfirliyimizə edilən hücumun tarixinin 27 yanvar olması ilə rejim hadisənin ASALA terror təşkilatı tərəfindən törədildiyini əsaslandırmağa çalışmaqda buna dəlalət edir.

 

Qeyd edim ki, 1973-cü il 27 yanvar tarixində ASALA terror təşkilatının üzvü Qurgen Yanikyan ABŞ-da türk səfir Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore otelinə dəvət edir və orada teraktı həyata keçirib.

Hadisənin İran vətəndaşı Yasin Hüseynzadə tərəfindən tördəildiyi aşkarlanmasa idi mümkündür ki, bu hadisənin məsuliyyətini ASALA terror təşkilatı üzərinə götürəcəkdi.

Nəticə etibarilə İran rejiminin bu ucuz planı iflasa uğradı. Bu hadisənin məsuliyyəti bir başa İran hakimiyyəti daşıyır”.

Politoloq hadisənin molla rejimi tərəfindən birbaşa sifarişlə həyata keçirildiyini təsdiqləyən başqa bir nüansa da diqqət çəkib. O, hadisənin yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksəkvəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilməsi və Muxtar Məmmədovu Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsindən heç də uzun olmayan müddət sonra baş tutmasını xüsusilə qeyd edib.  

“Rəsmi Bakı İranın sərgilədiyi ermənipərəst mövqe və təhdidkar ritorikaya cavab olaraq İsraildə səfəri açmaq qərarına gəldi. Bununla Azərbaycan İrana ondan çəkinmədiyini və nə qədər qərarlı olduğunu göstərdi.

 

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum ilə İran Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsindən Bakının İsraildə səfirlik açması ilə barışmayacağını demiş oldu. Tehran görünür bununla həm də səfirlik açılacağı təqdirdə başda İsrail olmaqla digər ölkələrdəki səfirliklərimizə də mümkün hücumların ola biləcəyi mesajını verir”.

 

T.Rzayev hesab edir ki, bu hadisəyə Bakının cavabı olmalıdır. O, bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum hər şeydən öncə diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası kobud şəkildə pozulmasıdır.

Hadisənin molla rejimi tərəfindən törədildiyi  aşkarlanarsa və rəsmi şəkildə elan edilərsə bu müharibə səbəbidir.

 

“Rəsmi Bakı ilk növbədə Vyana Konvensiyası kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir. Hadisə ilə bağlı araşdırmanın nəticəsindən asılı olaraq diplomatik korpusumuz  geri çağırıla bilər”.

 

 Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür