“Azərbaycan tərəfi İranda səfirliyini bağlamalıdır və...”-açıqlama

12:59 31-01-2023 | icon 231 | Geopolitika
 “Azərbaycan tərəfi İranda səfirliyini bağlamalıdır və...”-açıqlama

 

“Ümumiyyətlə, regionda geosiyasi vəziyyətin normallaşması Azərbaycanın daha da güclənməsi Tehranın Azərbaycana qarşı açıq  hücumuna gətirib çıxardıb.  Tehranda səfirliyimizə edilən hücumda hər hansı üçüncü qüvvələrin rolu yoxdur və burada əsas böhran Tehrandan qaynaqlanır" 

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə açıqlamasında bildirib. onun sözlərinə görə, İranda Azərbaycan səfirliyinə edilən silahlı hücumun arxasında məhz SEPAH dayanır. O, İranın ümumiyyətlə, münasdibərləri gərgin olan ölkələrin səfirliklərinə qarşı belə hücumlarının artıq adət halını aldığını deyib.

 

“Biz İranın II Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı hansı siyasi, informasiya və hərbi təzyiqlər göstərdiyini görürük. Hesab edirəm ki, səfirliyə hücum həmin prosesin tərkib hissəsidir. Bunun motivində hər hansı bir ailə, məişət və digər şəxsi məsələlər deyil, birbaşa İran rejimi dayanır.  Hesab edirəm ki, Azərbaycan tərəfi İranda səfirliyini bağlamalıdır və İran diplomatlarının Bakıdan çıxarılması üçün vaxt verməlidir”.

 

M.Əsədullazadə hesab edir ki, İranda hakimiyyətdə olan mühafizəkar rejim dəyişməyəncə İranla Azərbaycan arasında münasibətlər normallaşmayacaq. 

 

"İran xarici işlər nazirliyinin Azərbaycan xarici işlər nazirləri ilə görüşlərinin guya münasibətlərin yaxşılaşmasına doğru atılması da səmimi deyildi.  Əslində gərginlik qalır, Azərbaycanın geri addım atmamağı İranı müəyyən qədər aqressiv addımlar atmağa sövq etmişdi. İran Azərbaycana qarşı öz terror və düşmən siyasətindən geri çəkilməyib”. 

Ekspert bu hadisəni Böyük Britaniyada, Fransada  səfirliyimizə olan hücumun analoji halı kimi dəyərləndirib.

“Həmin səfirliklərə edilən hücumlar da erməni və iran yönümlü şəxslər tərəfindən həyata keçirilmişdi.  Bu da Azərbaycanın regionda dəyişikliyə səbəb olan qalibiyyət siyasətinə qarşı təşkil edilmiş bir hücum planıdır. Hesab edirəm ki, Azərbaycan İranla siyasi, iqtisadi əlaqələri kəsməlidir. Azərbaycan da SEPAH-ı terorçu təşkilat kimi tanımalıdır. Çünki Azərbaycanın İrana bağlı pozutiv addımları rəsmi Tehran tərəfindən qorxaqlıq kimi qəbul olunur. Ona görə də biz münasibətlərimizi sərt şəkildə bildirməli və İranla əlaqələr müvəqqəti dayandırılmalıdır”.(hafta.az)

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Ehtiyatlı olun

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi