Türkün məğrur qalası – Türkməneli

00:36 29-01-2019 | icon 1126 | Cəmiyyət
Türkün məğrur qalası – Türkməneli

 

Yorğun və qürürlu şəhərim Kərkük...

 

 AĞANİSƏ SULTANOVA

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf – Erbil

 

IV yazı

 

Ötən yazılarımda qeyd etdiyim kimi, Səddam Hüseyn dönəmində türkməncə danışdığına, övladına türk adı qoyduqlarına görə bütün hüquqlardan məhrum edilən türkmən qardaşlarımız edam olunurdular.

Bu gün isə Kərkük Dövlət Universitetinin rektoru Abbas bəylə görüşə gedirəm. Bu barədə az sonra. Ona görə ki, bir vacib nüansı qeyd etmədən keçə bilməyəcəyəm. Zatən bu barədə növbəti yazılarımda, müsahibələrimdə ətraflı yazacağam.

 

Türkcənin rəsmi dil kimi işlənməsinə nail olan insan – Riyaz Sarıkahya

 

Özü biz deyə cəm halında danışıb, mütavazi olsa da, bunu altını cızaraq deməliyəm ki, Səddam Hüseyn dönəmindən sonra İraq parlamentində yer alan Türkməneli partiyasının başkanı Riyaz Sarıkahya bu tarixi hadisəyə nail olub. Həmin vaxt Riyaz bəy parlamentdə İraq Anayasasının hazırlanması komissiyasında fəaliyyət göstərib. Onun gecə-gündüz apardığı fəaliyyət nəticəsində tarixi Türkməneli torpaqlarında, türkmənlərin sıx yaşadığı yerlərdə türkcənin rəsmi dil kimi işlədilməsi, istifadə edilməsi Anayasada təsbit olunub. Bu gün Türkmənelinin, Kərkükün kücələrini gəzərkən bütün adların, ünvanların ərəbcə ilə bərabər türkcə də yazıldığının şahidi olursan. Eləcə də, türkmən cocuklar türkcə okullarda təhsil alirlar. Səddam dönəmində bunun xəyalını belə qurmaq mümkün deyildi.

 

28 mindən artıq tələbənin təhsil aldığı Kərkük Dövlət Universiteti

 

Gerçəkdən də Kərkükdə belə bir universitetin fəaliyyət göstərməsindən qürur duyuram. Müxtəlif korpusları, müasir yataqxanaları, zəngin kitabxanası olan Kərkük Dövlət Universiteti gənc olsa da, olduğum universitetlərdən heç də geri qalmır. 2003-cü ildən, Səddam dövründən sonra fəaliyyətə başlayan universitetdə 28 mindən artıq tələbə müxtəlif fakültələrdə, ixtisaslarda təhsil alırlar. Universitetin rektoru, professor Abbas Hassan bütün suallarımızı ətraflı cavablandırır. İlk illərin nə qədər çətin keçdiyini də vurğulayır. Bu gün isə Kərkük Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir, Türkiyə, ABŞ, İran, Səudiyyə Ərəbistanı, digər Ərəb dövlətləri universitetləri ilə sıx əlaqələri var. Abbas bəy deyir ki, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Azərbaycan universitetləri arasında əlaqələrin qurulmasından çox məmnun olar.

 

Universitetin müxtəlif fakültələrində əyani və axşam şöbələri fəaliyyət göstərir. Minlərlə şəhid övladları universitetdə təhsil alır və onlara xüsusi güzəştlər olunur. İstər yataqxana ilə təmin olunmalarında, universitet üçün ayrılan xüsusi servisdən istifadə edilməsi (tələbələri universitetə aparıb-gətirən avtobuslar), axşam növbəsində təhsil alan tələbələrin uyğun iş yerlərində çalışmaları, aylıq təqaüdləri və s.

 

Ali təhsil ocağının rəhbəri deyir ki, onların qarşısında duran əsas prioritet təhsilin səviyyəsinin yüksəldilməsi, dünya standartlarına cavab verməsidir. Universitetin professor, müəllim heyəti, ümumiyyətlə pedaqoji kollektivi fəaliyyətə başladıqları qısa zaman kəsiyində qarşılarına qoyduqları məqsədlərin bir çoxuna nail olublar. Amma hədəfləri daha da böyükdür.

 

Abbas bəylə söhbətimizdən sonra universitetlə yaxından tanış oluruq. Bir faktı da qeyd edim ki, Kərkük Dövlət Universitetində çox güçlü təhlükəsizlik sistemi qurulub. Bu da İraq kimi bir ölkədə başadüşüləndir. Eyni zamanda da, 28 mindən artıq gəncin təhsil aldığı dövlət universitetində təhlükəsizlik tədbirlərinə belə yüksək səviyyədə önəm verilməsi təqdirəlayiqdir.

 

Universitetin türkcə bölümü ilə daha yaxından tanış oluruq, həm müəllim həm də tələbələrlə söhbət edirik. Zatən, bu bölümlə bir necə ildir əlaqələrim sosial şəbəkə üzərindən bir gözəl türkmən gənci – Fatime Zehra Salihi üzərindən qurulub.

Açığını deyim ki, onun Türkməneli, türkçülüklə bağlı fəaliyyətini izlədikcə qürur duyurdum. Dəyərli ailəsini də sosial şəbəkə üzərindən izləyir, türkmənlərin siyasi həyatında mühüm yer tutduqlarını, yaxınlarının şəhid olduqlarını bilirdim. Qismətdə Fatimənin gözəl ailəsində qonaq olmaq, türkcə ədəbiyyat müəllimi anası Zeynep xanımla yaxından tanışlıq, öz əlləri ilə hazırladıqları zəngin türkmən süfrəsi ətrafında söhbət etmək də vardı. Bu gözəl söhbətin davamı isə Kərkük Dövlət Universitetinin türkdili bölümündə davam etdi. Gerçəkdən türk dili bölümünün müəllim, tələbə, pedaqoji kollektivi ilə qürur duyuram. Bir seminarda da iştirak edirik. Demək ki, bu millət, bu torpaqlar, bu dil uğruna qanlar boşuna tökülməyib, Şəhidlər verilməyib. Minlərlə şəhidimizin yerinə on minlərlə türkmən cocuğu doğulub. Onların arasında tanış olduğum, söhbət etdiyim bu gənclər də var. Öz dünənlərini, keçmişlərini, tarixlərini, dillərini çox gözəl bilən, araşdıran, onları qoruyan və var olduqlarını, olacaqlarını bütün dünyaya çatdırmağa çalışan Türkmən gəncləri.

 

(Ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI