Bu terror rəsmi Tehranın hansı simasını açdı?

13:14 31-01-2023 | icon 360 | Geopolitika
Bu terror rəsmi Tehranın hansı simasını açdı?

“Bu terror aktında bütün məsuliyyət Tehran molla rejiminin üzərindədir”

 

Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyinə edilən silahlı hücum və nəticələri müxtəlif aspektlərdə təhlil olunur, araşdırılır. İranda Azərbaycan elçiliyinə qarşı baş verən terrorun arxasında kim dayanır və İran bu cinayətin cəzasını nə ilə ödəyə bilər?

 

Ekspertlər hadisəyə birmənalı yanaşıb.

 

 

"İran Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyi üçün cavabdehdir"

 

“Ermənistanın uzun fasilədən sonra terror fəaliyyətini bərpa etmiş ASALA kimi təşkilatı var. Səfirliyə hücumda Ermənistanın bu terror təşkilatlarının əlinin olmasına ciddi ehtimal verirəm. İstisna etmirəm ki, cinayətin hazırlanmasında və keçirilməsində Ermənistanın xüsusi xidmət orqanlarının da əli ola bilər. Terrorun arxasında kimlərin dayanmasında asılı olmayaraq baş vermiş hadisənin məsuliyyətini birbaşa molla rejimi daşıyır. Çünki səfirlikdə nəinki düzgün mühafizə təşkil olunmayıb, əksinə münbit şərait yaradılıb. Bu terror aktında bütün məsuliyyət Tehran molla rejiminin üzərindədir”.

 

Bunu siyasi ekspert Aydın Quliyev açıqlamasında bildirib. A.Quliyev bildirib ki, Azərbaycan səfirliyinə edilən silahlı hücum birinci növbədə kənardan mühafizənin kənardan zəif olması ilə bağlıdır. Onun fikrincə, İran dövləti səfirliyin mühafizəsinin təşkili üçün məsuliyyət daşıyır və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyi üçün cavabdehdir.

 

Ekspert bəyan edib ki, Tehranda Azərbaycan səfirliyində törədilmiş qanlı hadisə beynəlxaql hüquq normaları nöqteyi-nəzərindən ağır bir cinayətdir.  Və bu cinayətin arxasında dayananlar kimliyindən asılı olmayaraq İran hakimiyyətinin özünün ardıcıl işi, fəaliyyəti ilə tapılmalı və lazımi cəzasını almalıdır:

 

“Çünki belə hallar dostluğundan, düşmənçiliyindən asılı olmayaraq dövlətlərarası münasibətlərdə qanunla qadağan olunan və pislənən təzahürdür.  Beynəlxalq hüquq normaları, diplomatik və konsulluq əlaqələri ilə bağlı Viyana konvensiyaları bu kimi halları  yolverilməz hesab edir və bunu hücuma məruz qalmış səfirliyin dövlət ərazisinə hücumu kimi qiymətləndirirlər. Buna görə də Tehranda Azərbaycan səfirliyinə qarşı baş vermiş bu cinayət təkcə səfirliyə qarşı atılmış addım deyil,  həm də Azərbaycanın suveren ərazisinə, ərazi bütövlüyünə qarşı cinayət aktıdır və ortada onun ağır nəticələri var”.

 

A.Quliyev bildirib ki, hadisənin arxasında kimlərin dayanacağı ilə bağlı konkret faktlar olmasa da, ən müxtəlif real variantlar mümkündür:

 

“Əlbəttə Londonda, Parisdə və başqa yerlərdə baş verən cinayətlərin hamısının eyni mərkəzdən idarə olunduğu və bir-biri ilə bağlı olduğunu iddia etmək çətindir. Lakin bəlli olan odur ki, hər üç hadisənin arxasında İrana düşmən olan qüvvələr dayanıb. Baş verən cinayətdə Tehran rejiminin özünün də əli ola bilər. Çünki son ilər İran hakimiyyəti Azərbaycana qarşı açıq aqressiv bir siyasət aparır, Azərbaycanın düşməni olan Ermənistanla açıq yaxınlaşma siyasəti yürüdür və Azərbaycan - İran əlaqələrinin həqiqi mənada müsbət reys üzərinə qayıtmasına maneə olan hər cür addımlar atmaqdan çəkinmir. Belə bir şəraitində Tehranda səfirliyimizə qarşı törədilən cinayət təsadüfi görünmür. Əgər 200 il əvvəl Təbrizdə sülh konsulluğuna edilən hücumda Qriboyedovun qətlə yetirilməsi, 1979-cu ildə ABŞ səfirliyinə qarşı terrorun törədilməsi  deməyə əsas verir ki,  Tehran rejimində ölkədə fəaliyyət göstərən diplomatik korpusların təhlükəsizliyinin təmin olunmasında ciddi problemlər var. Təəssüf ki, bu problemlər keçmişdə də var idi, bu gün molla rejiminin dövründə də davam edir. Əgər səfirliyimizin mövcud olduğu ölkə əsas etibarilə geosiyasi və siyasi olaraq Azərbaycana düşmən mövqe sərgiləyirsə, orda səfirliyimizin tank-topla mühafizəsi təşkil olunsa belə yenə də bu cür terror aktlarından sığortalana bilməz. Yəni mövcud rejim bu cür hücumları təşkil etməkdə maraqlıdırsa, faktiki onun qarşısını almaq qeyri-mümkündür”.

 

 

“İranın Azərbaycana qarşı siyasəti ilk növbədə onun öz maraqlarına ziddir

 

Siyasi ekspert Abutalıb Səmədov bildirib ki, Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücum birinci növbədə səfirliyin kənardan mühafizəsinin zəif olması ilə bağlıdır.

 

Onun sözlərinə görə, İran dövləti səfirliyin mühafizənin təşkili üçün məsuliyyət daşıyır və diplomatik nümayəndəliyin təhlükəsizliyi üçün cavabdehdir:

 

“Hadisənin baş verməsinin başqa bir səbəbi İran hakimiyyətinin yeritdiyi siyasətlə bağlıdır.   Ayrı-ayrı verlişlərə çıxıb Azərbaycan əlehinə bəyanatlar verən  Azərbaycan səfirliyini və bütövlükdə azərbaycanlıları terrorla hədələyənlərə qarşı heç bir tədbirin görülməməsi son nəticədə gətirib belə qanlı olaylara çıxartmalıydı”.

 

A.Səmədov qeyd edib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqlı olan qüvvələr var:

 

“İran böyük gücləri kifayət qədər narahat edib. Bu ölkələr İranın yalnış addım atmasında, düşmənlərinin çoxalmasında maraqlıdırlar. İranın öz qonşuları ilə münasibətlərinin pisləşməsi dünyada İrandan narazı olan qüvvələrin maraqlarına xidmət edir. İranın Azərbaycana qarşı siyasəti ilk növbədə onun öz maraqlarına ziddir. İrana qarşı olan qüvvələr bu hadisələrdən istifadə etməyə çalışacaqlar”.

 

Ekspert hesab edir ki, bu terror aktı Britaniyada, Fransada səfirliklərimizə qarşı olan silahlı basqınlarla eyni xarakter daşıyır:

 

“İran bundan nəticə çıxarmalı və Azərbaycan səfirliyinin mühafizəsini gücləndirməli idi. Amma bu baş vermədi. Ona görə də səfirliyimizə qarşı yönələn terror hərəkətinin məsuliyyəti İran hökumətinin üzərinə düşür və münasibətlərimizin daha da gərginləşməsinə gətirib çıxardır”. (hafta.az)

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları