Radikal müxalifət İranın agentləridir?

13:16 01-02-2023 | icon 169 | Siyasət
Radikal müxalifət İranın agentləridir?

“Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücum İranın simasızlığını göstərdi”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elşən Musayev deyib.

 

O bildirib ki, Azərbaycanda hadisəyə münasibət birmənalı oldu və bu, terror hadisəsi kimi dəyərləndirildi. Deputat qeyd edib ki, yalnız radikal müxalifət hadisəni qınayan bəyanat səsləndirmədi:

 

“Bilirsinizmi, niyə fikir bildirmirlər? Çünki onlar İranın agentləridir. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıblar. İstəsələr də, danışa bilməzlər. Danışsalar, onların qulaqlarını kəsərlər. Daş düşsün sizin siyasətinizə də, özünüzə də”.

 

Xatırladaq ki, yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Yanvarın 29-da şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycana təxliyə olunublar.

 

Yanvarın 30-da Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ehtiyatlı olun

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi