İran cəsusları və onların himayədarları

11:09 02-02-2023 | icon 248 | Siyasət
İran cəsusları və onların himayədarları

Fuad Əliyev: "Mediada da İran cəsuslarının az olmadığı şübhəsizdir"

 

“İrana cəsusluq edənlərin arxasında dayananları da həbs etmək lazımdır".

 

Versus.Az xəbər verir ki, bunu “Xalq Cəbhəsi”nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev DİN tərəfindən Bakıda İranın cəsus şəbəkəsinə qarşı keçirilən xüsusi əməliyyata münasibətində deyib.

 

ALDP sədrinin fikrincə, media sahəsində İranın cəsuslarının az olmadığı şübhəsizdir:

 

“Buna təkcə dövlət oraqanları deyil, cəmiyyət də nəzarət etməldir. Mənə elə gəlir ki, elə media sahəsində kimin İran adlanan ölkə ilə sıx əlaqədə olduğunu bilənlər var, amma susurlar. Susmaq lazım deyil, onları ifşa etməliyik, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və ya o ölkənin maliyyəsi ilə informasiya subyekti işlədənlərin hamısı qandallanmalıdr. Biz bu kimi məsələlərdə həmrəylik nümayiş etdirməliyik”.

 

Xatırladaq ki, rəsmi məlumata görə, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordu ilə bağlı zarafat etdi

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN