Gecələr tualetə çıxmaq ürək xəstəliyinin xəbərçisidir

12:00 03-02-2023 | icon 187 | Sağlamlıq
Gecələr tualetə çıxmaq ürək xəstəliyinin xəbərçisidir
Ürək çatışmazlığı durğunluqla özünü biruzə verir.
 
 
Ürəkdə o zaman ciddi xəstəlik yaranır ki, o qanla kifayət qədər oksigen ala bilmir və funksiyası zəifləyir.
 
 
Kardioloq Con Uayt keçirilmiş kovid və qripdən sonra miokarditin iltihablanması nəticəsində ürək çatışmazlığının yarana biləcəyini deyib.
 
 
Yüksək təzyiq, böyrək, şəkər, zob xəstəlikləri, spirtli içki, tütün, piylənmə də ürək çatışmazlığı riski yaradır.
Ürək çatışmazlığı olanlar sakit infarkt keçirir və güclü ağrı, simptom hiss etmir.
 
 
Ürək çatışmazlığı olanlar əzgin olur, aktiv həyat keçirə bilmir, tez yorulur, eləcə də xarici görünüşündə dəyişiklik baş verir.
 
 
Xəstələrdə ayaq, əl, üz, qarın şişir, ödemləşir, maye böyrəklər vasitəsilə çətin qovulur. Belə adamlar gecə yuxudan 2 dəfə, 3 dəfə sidiyə oyanır.
 
 
Ürək çatışmazlığının digər əlamətləri:
 
- Qanazlığı
- Təngnəfəslik
- Enerji azlığı
- Ürək döyüntüsü artması
- Soyuq ayaqlar, soyuq əllər
 
- Dırnaq və dəridə göyərmə
- Baş hərlənmə
- Narahatlıq, çırpınma
- Yuxuda boğulma
 
 
Ürək çatışmazlığını gözardı etmək olmaz, vaxtında aşkar olunmalı və müalicə edilməlidir. Çünki ürək normal işləmədikdə ağciyərlər, beyin, qaraciyər, böyrəklər sıradan çıxır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN