“Land of Fire” komandası Azərbaycana dönüb

12:15 30-01-2019 | icon 624 | İdman
“Land of Fire” komandası Azərbaycana dönüb

 

Yanvar ayının 25-27 tarixlərində İsveçrənin Sankt Moritz şəhə­rində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST.MORITZ” dünya kuboku turnirində 3-cü yer tut­muş “Land of Fire” komandası, turnir çərçivəsində tamaşaçılara Qarabağ atları üzərində “Odlar Yurdu – Azərbaycan” möhtəşəm şou-kompozisiyasını nümayiş etdirmiş Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqslərimiz və həzin melodiyalarımızla avro­pa­lıları valeh etmiş rəqs an­samblı və musiqiçilər, nümayəndə heyətimizin digər üzvləri 29 yan­var tarixində Vətənə qayıdıblar.

 

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Mətbuat Mərkəzindən Versus.Az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda nümayəndə heyə­tinin qarşılanma mərasimi keçirilib, polo üzrə mötəbər dünya kuboku turnirində yüksək nəticə göstərmiş təmsilçilərimiz böyük ruh yüksəkliyi ilə qarşılanıb, onlara təbrik və minnətdarlıq hiss­lərini ifadə edən gül çələngləri təqdim olunub, xatirə fotoşəkilləri çəkilib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə dünya polosunun ən nü­fuzlu turnirlərindən biri olan “SNOW POLO WORLD CUP ST.MORITZ” yarışında ölkəmizi layiqincə təmsil etmiş idmançıla­rımız milli atçılığımızın inki­şafını, bu idman növünün Vətəninin məhz Azərbaycan olmasını bir daha nümayiş etdirib və qürur mənbəyimiz olan üçrəngli bay­ra­ğımızı növbəti dəfə Avropa mey­dan­larında ucaldıblar.

 

Qarabağ atları üzərində süvarilərimizin böyük məharət və pe­şə­karlıqla et­dikləri çıxışlar, rəqs ansamblının və musiqiçi­lə­ri­mizin unikal və təkrarolunmaz ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşı­lanıb, milli mədəniyyətimizin, tariximizin, ənənə­lərimizin qədim­liyinin və özünəməxsusluğunun ifadəsi olub.

 

Turnir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərə­fin­dən təş­kil edilmiş “Azerbaijan – Take another look” pavil­yo­nu tamaşaçıların və idmançıların böyük marağına səbəb olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”