ALDP başqa partiya ilə birləşmək istəmir

13:00 03-02-2023 | icon 221 | Siyasət
ALDP başqa partiya ilə birləşmək istəmir

Fuad Əliyev: "Bir adı, bir özü olan 20-30 illik partiyaların ləğvi siyasi mühitə təsir etməyəcək"

 

"Azərbaycanda bundan sonra kiçik partiyalar siyasi arenada qalmayacaq. Artıq bu partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq".


Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. 



“Siyasi partiyalar haqqında" yeni Qanunla bağlı danışab ALDP sədri bildirib ki, birləşməklə bağlı partiyaya heç bir təklif gəlməyib:



"Olsa, biz bu təklifi dəyərləndirərik, amma bizim kiminləsə birləşmək fikrimiz yoxdur. ALDP olaraq yeni Qanunun daha sərt olmasının tərəfdarı idik. Təkcə bir adı olan 20-30 illik partiyaların bağlanmasının siyasi mühitə təsiri olmayacaq. Çünki bu partiyaların fəaliyyəti yalnız Ədliyyə Nazirliyin qeydiyyatdan keçən partiyaların siyahısında əks olunub. Artıq yeni reallıqlar var və siyasi partiyalar da işlərini bu reallığa uyğun qurmalı, indi daha çox məsuliyyətli olmalıdırlar".

 

Fuad Əliyev hesab edirəm ki, partiyaların sayı azalacaq, yeni nəslin nümayəndələri siyasi proseslərdə və siyasi partiyalarda daha aktiv olacaqlar:

 

"Bu mənada yeni Qanunla  siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordu ilə bağlı zarafat etdi

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN