“Rəsmi Ankara bu hücuma misli ilə cavab verəcək"

10:21 03-02-2023 | icon 236 | Geopolitika
“Rəsmi Ankara bu hücuma misli ilə cavab verəcək"

 

 

 

 Xəbər verildiyi kimi, Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazası artilleriya qurğuları ilə atəşə tutulub. Türkiyə Müdafiə Nazirliyi terror hücumu zamanı heç bir tələfatın olmadığını bildirib. Hücumun məsuliyyətini “Əhrar əl İraq” terrorçu qruplaşması öz üzərinə götürüb.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Turan Rzayev  Türkiyə ordusunun Başika hərbi bazasına edilən hücumu təsadüfi saymayıb.

 

“Türkiyənin Şimali İraqdakı hərbi bazasına edilən hücum ilk deyil. Misal üçün, “Əhrar əl-İraq” qrupu 2022-ci ildə Türkiyə hərbi qüvvələrinin olduğu Zlikan bazasına da edilən hücumu üzərinə götürmüşdü. Bununla belə bu dəfəki hücumun pərdəarxası bir çox məqamı var. Bu da ondan ibarətdir ki, Türkiyə ordunun Başika hərbi bazasına edilən hücumun pərdə arxasında İran dayanır. Bunu təsdiq edən ən önəmli fakt hadisənin “Əhrar əl-İraq” qrupu tərəfindən törədilməsidir. “Əhrar əl-İraq” qrupu isə  İran tərəfindən maliyyələşən “Haşdi Şabi” terror qruplaşmasına bağlıdır”.

 

Politoloq İranın Türkiyəni hədəfə almasında bir çox məqamların olduğunu qeyd edib.

“Birincisi, Türkiyənin İraqda hərbi varlığı və keçirdiyi antiterror əməliyyatları İranın Şimali İraq üzərindən Suriyaya, Livana və Fələstinə silah daşımasına ciddi maneə törədir. Xüsusilə qeyd etmək lazımdır ki, Başika hərbi bazası İranın qeyd edilən ölkələrə silah-sursat daşındığı əsas əraziyə yaxındır.

İkincisi, rəsmi Ankaranın İsrail ilə yaxınlaşması, münasibətləri normallaşdırması Tehranı sözün əsl mənasında panikaya salıb. İran xarici siyasətinin prioritet istiqamətindən biri də Təl-Əviv-Ankara münasibətlərini daim gərgin saxlamaq, ehtimal yaxınlaşmaların qarşısını almaqdır. Lakin son zamanlar iki ölkə arasında Azərbaycanın vasitəçiliyi, eyni zamanda diplomatik fəaliyyəti ilə baş tutan yaxınlaşma İran maraqlarına uyğun deyil.

Üçüncüsü, bir neçə gün öncə Azərbaycanın Tehranda səfirliyinə hücum edildi. Bu hadisə İranın molla rejimi tərəfindən həyata keçirildi. Hadisə sonrası rəsmi Bakıya hər zaman olduğu kimi Türkiyədən ciddi dəstək gəldi. Dövlət başçıları, rəsmilər səviyyəsində təmaslar quruldu hadisənin yerindəcə dəyərləndirilməsi aparıldı. Məhz bu hadisə sonrasında Türkiyənin İraqda hərbi bazasında İran tərəfindən dəstəklənən terror qrupunun hücum etməsi Tehranın Ankaranın bu məsələdə mövqeyindən narahat olduğunu göstərir.

 

T.Rzayev hesab edir ki, Türkiyə hərbi bazasına edilən hücumu, Azərbaycan səfirliyinə qarşı törədilən teraktın və İsraildə sinaqoqda baş tutan terror hadisəsinin davamı kimi qiymətləndirmək olar.

 

Bu, faktiki olaraq bir daha onu sübut edir ki, molla rejimi Bakı-Ankara-Təl-Əviv üçlüsünə qarşı hibrid müharibə elan edib. Hər üç hadisənin motivi fərqli olsa da məğzi eynidir”.

 

Politoloq qeyd edib ki, Türkiyəni bu tip hücumlarla qorxutmaq mümkün deyil.

 

“Rəsmi Ankara bu hücuma misli ilə cavab verəcək. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akarın son açıqlaması – ən son terrorçu zərərsizləşdirilənə kimi mübarizənin davam edəcəyini vurğulaması da təsdiqləyir.

Türkiyə İraqda keçirdiyi antiterror əməliyyatlarının miqyasını gücləndirə, “Həşdi-Şabi” və ona bağlı “Əhrar əl-İraq” qruplarına aviasiya zərbələri endirə bilər”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN