Qara, uzun saçlar - Elçin vəsf etdi

15:30 03-02-2023 | icon 377 | Şou-biznes
Qara, uzun saçlar - Elçin vəsf etdi

Səhnə və rəqəmsal platformlardan bir müddət uzaq qalan Azərbaycanın məhşur estrada müğənnisi Elçin Cəfərov yeni lahiyəsini təqdim edib.

 

Versus.az xəbər verir ki, klip üzərində Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib.

 

Ekran işində “Kanatsız kuşlar”, “Kiralık aşk”, “Medcezir”, “Hercai” kimi seriallarda rol alan aktrisa Özlem Gezgin yer alıb.

 

Klipin süjeti bir zamanlar sevgili olan cütlüyün illər sonra qarşılaşması və yenidən eşq yaşamasından bəhs edir.
Elçin və Özlem Gezginin obrazı üzərində stilist Şule Zeytinci işləyib. “Qara uzun saçlar”ın layihə meneceri “Sartorial artist management” şirkətinin rəhbəri Vüqar Husiyevdir.

 

Kemal Yıldızın rejissorluq etdiyi “Qara uzun saçlar” musiqi videosu 3 fevral 2023 tarixində, saat 12:00-da muğəninin musiqi və rəqəmsal platformlarında yayımlanacaq.

 

Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjımanı Elvin İmanova aiddir.


Təqdimatda müğənni jurnalistlərin suallarını cavablandıraraq bilidirdi ki, yaxın gələcəkdə onun pərəstişkarlarına daha bir sürprizi olacaq. Onların qarşısına yeni bir layihə ilə çıxmasını söz verən müğənni, təbii ki sürprizin nədən ibarət olduğunu sirr olaraq saxladı.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN