Polşa Olimpiadanı boykot edə bilər

10:10 04-02-2023 | icon 200 | İdman
Polşa Olimpiadanı boykot edə bilər

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF radiostansiyasının efirində bəyan edib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verərsə, 2024-cü il Olimpiya Oyunları boykot edilməlidir.

 

XİN rəsmisi deyib ki, əgər Rusiya və Belarus idmançıları 2024-cü il Olimpiya Oyunlarına buraxılarsa, bu oyunları sadəcə olaraq boykot edəcəklər:

 

"Belə oyunlarda iştirak etməməliyik. Bu, BOK-a göstərməli olduğumuz təzyiqdir. Bu, mənim fikrimdir, idman birlikləri hökumətdən müstəqil olduqları üçün öz qərarlarını verəcəklər. Ancaq hamını belə bir qərar verməyə çağıracağam”.

 

Qeyd edək ki, yanvarın 25-də BOK Rusiya və Belarus idmançılarının hələ müəyyən edilməmiş bir sıra ciddi şərtlərlə beynəlxalq yarışlara qayıtmasına icazə verib, lakin bu barədə danışmağın hələ tez olduğu bildirilib.

 

Ukrayna və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr rusiyalıların və belarusların turnirlərdə iştirakına qarşı çıxıblar, lakin BOK əksər idman təşkilatlarının, o cümlədən Milli Olimpiya Komitələrinin bütün beş qitə assosiasiyasının onun mövqeyini dəstəklədiyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN