Yanmış dərinin əvvəlki vəziyyətinə qüsursuz qaytarılmasının ÇARƏSİ

10:11 05-02-2023 | icon 211 | Sağlamlıq
Yanmış dərinin əvvəlki vəziyyətinə qüsursuz qaytarılmasının ÇARƏSİ

Artıq transplantasiyaya ehtiyacı olan yanıq xəstələr qüsursuz dəriyə sahib ola biləcəklər.

 

Belə ki, Kolumbiya Universitetinin (ABŞ) alimləri xəstələr üçün dəri böyütmə üsulunu kəşf ediblər. Araşdırma "Science" jurnalında dərc olunub.

 

Əslində həkimlər artıq xəstənin hüceyrələrindən istifadə edərək dəri fraqmentlərini böyütməyi və 3D printer vasitəsilə çap etməyi bilirlər. Bununla belə, bu halda materialın forması standart olur və hər konkret şəxs üçün fərdiləşdirilməlidir.

 

Ancaq indi hər bir xəstəyə uyğun gələcək “tikişsiz” dəri nümunələrinin yetişdirilməsi üsulu ixtira olunub.

 

İlk mərhələdə alimlər zədələnmiş toxumanı lazerlə skan edir, sonra kompüterdə lazımi fraqmenti modelləşdirirlər. 3D printerdə karkas yaradılır, daha sonra xəstənin dəri hüceyrələri onun üzərində yetişdirilir.

 

Bütün proses təxminən üç həftə çəkir. Alimlərin sözlərinə görə, onlar “tikişsiz” dərini laboratoriya heyvanları üzərində sınaqdan keçiriblər və uğur qazanıblar.

 

“Bu, siçanlara şalvar geyindirmək qədər asandır”, - deyə elm adamları əlavə ediblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN