Türkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı

10:45 08-02-2023 | icon 130 | Dünya
Türkiyədə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini parçaladığı nöqtə aşkarlandı

Türkiyədə 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin Yer səthini kəsdiyi nöqtə tapılıb.

 

Bu barədə İzmir Dokuz Eylül Universiteti Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, geologiya mühəndisliyi üzrə professor Hasan Sözbilir məlumat verib.

 

Hasan Sözbilir qeyd edib ki, apardıqları araşdırmalar nəticəsində Kahramanmaraş-Qaziantep magistral yolunun Tevekkelli kəndi yaxınlığında baş verən zəlzələnin təsiri ilə yolun üç metr kənara sürüşdüyü aşkarlanıb:

 

“10 şəhərdə minlərlə insanın ölümünə və mal itkisinə səbəb olan qırılma xəttinin Yer səthi üzərində parçalandığı nöqtə müəyyən edilib. Bu, 7,7 bal gücündə zəlzələyə səbəb olan qırılma xəttinin səthi kəsdiyi ərazidir. Qırılma xəttinin parçalanması Yerin səthində orta hesabla ən azı üç metr sürüşmə yaradıb, onu asfalt yolun sol yan tərəfdən orta hesabla üç metr məsafədə yerdəyişməsindən də başa düşə bilərik. Bu qırılma xətti elmi ədəbiyyatda Gölbaşı-Türkoğlu seqmenti kimi tanınır. Beləliklə də qırılma xəttinin Gölbaşı-Türkoğlu xətti boyunca keçdiyini deyə bilərik. Bu zona boyunca və yaxınlıqdakı evlərin çox hissəsi dağılıb”.

 

Qeyd edək ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Dayloni da açıqlamasında bildirib ki, Türkiyənin cənubunda baş verən zəlzələ geoloji sürüşməyə səbəb olub ki, nəticədə litosfer plitələri üç metr məsafədə yerini dəyişib. /Haber Global/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN