Ərdoğanın seçkilərdə iştrakı ilə bağlı ABSURD YANAŞMA


Fuad Əliyev: "O, yüksək reytinqə malikdir və bu reytinqi qoruyub saxlayacaq”
“Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün vaxt lazım olacaq. Və ola bilər ki, may ayında nəzərdə tutulan seçkilərin keçirilməsi başqa vaxta təyin olunsun”.
Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
ALDP sədri bildirib ki, yaranmış ağır durum Türkiyədə mayda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə təsir etməyəcək:
“Bu gün qardaş Türkiyə ağır faciəni yaşayır. Türkiyədə baş verən zəlzələ ağır itkilərə və dağıntılara səbəb olub. Minlərlə insan həlak olub, on minlərlə insan evsiz qalıb. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün vaxt lazım olacaq. May ayında nəzərdə tutulan seçkilərin baş tutacaq, yoxsa təxirə salınacaq, hələ ki, bu barədə nəsə demək tezdir. Ölkədə 7 günlük matəm elan olunub. Belə bir ağır vəziyyətdə seçkiləri düşünən, məncə, kimsə yoxdur. Və ola bilər ki, seçkilərin keçirilməsi başqa vaxta təyin olunsun. Bunu bir neçə gündən sonra biləcəyik”.
Bəzi ekspertlərin bu faciənin Prezident Ərdoğanın seçkilərdə iştrakına mənfi təsiri olacağı fikrinə gəlincə, Fuad Əliyev burğulayıb ki, bu, absurd bir yanaşmadır:
"Məlum məsələdir ki, zəlzələnin ağır nəticələrinin aradan qaldırılması üçün bütün məsuliyyət dövlət başçısı kimi Ərdoğanın üzərinə düşür. Hesab edirəm ki, bu dəfə də o, yaranan problemləri aradan qaldıraraq iqtidarın mövqeyini gücləndirəcək. Ərdoğan vətəndaşlar arasında yüksək reytinqə malikdir və bu reytinqini qoruyub saxlıyacaq”.
SEVDA
Versus.Az
Xəbər lenti

Məleykə Abbaszadə valideynləri günahlandırdı
"Mlərəsə övladlarının 700 bal toplamasının acığını vermək üçün..."