Azərbaycandan qardaş ölkəyə dəstək davam edir

14:50 09-02-2023 | icon 178 | Cəmiyyət
Azərbaycandan qardaş ölkəyə dəstək davam edir

Türkiyə üçün təşkil edilən yardım kampaniyası üçün gətirilən əşyaların pərakəndəliyini azaltmaq məqsədilə dəmir arakəsmələr vasitəsilə bölmələr ayrılıb.

 

Versus.Az xəbər verir ki, Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım kampaniyasında olan əməkdaşının verdiyi məlumata görə, ayrılan bölmələrin qarşısına “Qida”, “Uşaq Geyimləri”, “Körpə geyimləri”, “Təmizlik və gigiyenik vasitələr”, “Elektrik avadanlıqları”, və.s qeyd edilib.

 

Davamlı olaraq arabalar vasitəsilə vətəndaşların gətirdikləri yüklər içəriyə daşınır. Üzərində içərisində nə olduğu yazılmayan yüklər müvafiq qaydada açılır, aidiyyəti bölmələrə yönləndirilir.

 

Bölmələr üzrə geyimlər yeni və ikinci əl olaraq təsnifatlandırılır. Daha sonra qutulara yığılaraq üzərinə kişi, qadın və ya uşaq geyimləri, yeni və ya ikinci əl olması barədə qeyd edilir. 

 

“Formula-1” könüllüləri də digər vətəndaşlarla birlikdə yardım kampaniyasına dəstək olurlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordu ilə bağlı zarafat etdi

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN