"Missiyanın sərhədə göndərilməsi regiondakı vəziyyəti dəyişməyəcək"

12:42 11-02-2023 | icon 330 | Geopolitika
"Missiyanın sərhədə göndərilməsi regiondakı vəziyyəti dəyişməyəcək"

“Sərhədlər  şərtidirsə, o zaman həmin o “missiya” harada fəaliyyət göstərəcək?”

 

Rusiya Ermənistanın bölgəyə beynəlxalq missiya daşımaq istəyindən narahatdır. Rəsmi Rusiya özünün məsələ ilə bağlı narahatlığını nümayiş etdirməklə, xarici işlər naziri müstəvisində bəyan edib ki, əgər Paşinyan razı olarsa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)mülki missiyasını sərhəddə yerləşdirə bilər.

 

Rusiya bu təkliflə nəyə işarə edir və KTMT-nin sərhəddə hansı missiyasından söz gedə bilər? Bu Ermənistana, Qərbə nə vəd edir və bölgə, ümumilikdə Azərbaycan üçün hansı əhəmiyyətə malik ola bilər?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Rəşad Bayramov qeyd edib ki, Rusiya təbii olaraq Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistanda yerləşdirilməsindən narahatdır. 

 

Politoloqun fikrincə, çünki Rusiya yaxşı başa düşür ki, həmin missiya təkcə mülki fəaliyyəti icra etməyəcək Və ilkin məlumatlara əsasən həmin missiyanın tərkibində keçmiş hərbçilər, polislər də yer alır:

 

“Rusiya, həmin ərazilərə Avropa İttifaqının əlavə missiyasının gəlməsinə yol verməmək üçün KTMT-nin mülki missiyasının həmin ərazilərdə yerləşdirilməsinə çalışır.  Söhbət mülki missiyadan gedir. Çünki Rusiyanın Ermənistan ərazisində KTMT-nin əlavə hərbi qüvvələrini yerləşdirməsinə ehtiyacı yoxdur. Rusiyanın Ermənistanda hərbi bazası var və bundan əlavə ikitərəfli müqaviləyə əsasən Ermənistan sərhədlərinin böyük bir qismi Rusiya sərhədçiləri dətərfindən mühafizə olunur”.

 

Politoloq hesab edir ki, bu missiyanın sərhəddə göndərilməsi regiondakı vəziyyəti dəyişməyəcək. Birincisi ona görə ki, əgər Ermənistan KTMT-nin mülki missiyasının orda fəaliyyət göstərməsini istəsəydi,  elə KTMT iclasında bununla bağlı məsələni gündəmə gətirərdi:

 

“Ermənistan KTMT-ni Azərbaycan əleyhinə istifadə etmək istəyirdi. Onlar 12-14 sentyabrda ermənilərin təxribatı nəticəsində sərhəddə baş verən atəşkəsin pozulması hadisədən sonra KTMT-nin hərbi qoşunlarını Azərbaycanla üz-üzə qoymağa çalışırdılar. Ermənistan iddia elədi ki, guya Azərbaycan Ermənistanın sərhədlərini keçib. Bu mənada Azərbaycanın həmin ərazilərdən çıxarılması üçün KTMT-nin  gücündən istifadə etmək istədilər. Ermənistan bununla bağlı imtina aldı. Ona görə də üzünü Avropaya tutdu”.

 

R.Bayramov bildirib ki, istər Avropa, istər KTMT-nin hər hansı bir missiyasının sərhəddə yerləşməyi prinsip etibarilə Ermənistanın daxili işi hesab olunmalıdır.  O, ümumilikdə hesab edir ki, Azərbaycan regiona əlavə qüvvələrin daşınmasında maraqlı deyil:

 

“Azərbaycanla Ermənistan arasında sərhədlərin hələ də müəyyənləşdirilmədiyi bir vaxtda həmin missiyanın hansı sərhəddə nəzarəti  həyata keçirdəcəyi şübhə doğrur. Əgər sərhədlər  delimitasiya, demorkasiya olunmayıbsa, sərhədlər  şərtidirsə, o zaman həmin o mülki missiya harada fəaliyyət göstərəcək?”

 

Bütün bunlarla yanaşı R.Bayramov “missiya xəyallarını” Ermənistanın Rusiyaya qarşı -“əgər sən mənə müttəfiq ölkə olaraq  kömək göstərmirsənsə, üzümü Qərbə tuturam, artıq sənə güvənmirəm” demarşı adlandırıb. Onun qənaətinə görə, Rusiya buna cavab olaraq bütün vasitələrdən istifadə edəcək ki, Ermənistana təzyiqlərini davam etdirsin və nəticə etibarilə bu ölkənin nəzarətindən çıxmasının qarşısını alsın.

 

Prosesin nə ilə nəticələnəcəyinə gəlincə, politoloq hesab edir ki, bu təkcə Ermənistanın deyil, həm də  Ermənistana dəstək verən ayrı-ayrı Qərb dövlətlərinin  məsələdə nə dərəcədə qətiyyətli olacağından asılıdır:

 

“Əgər Ermənistan görsə ki, Qərbin bu məslədə hər hansı dəstəyi yoxdur və İrandakı son durum fonunda məcbur olub yenidən Rusiyaya üz döndərməli olacaq. Artıq bunun işartıları da görünür. Çünki neçə vaxtdır Rusiyaya arxa çevirən Paşinyan yenidən Putinə zəng edib “Laçın yolu” məsələsini gündəmə gətirmişdi. Bunun ardınca da biz Rusiyanın müvafiq qurumlarının, həm də xarici işlər nazirlərinin ayrıca bəyanatlarını da eşitdik. Faktiki olaraq Ermənistan uğrunda Rusiyanın və Qərbin mübarizəsi gedir. Bu mübarizədən kimin qalib ayrılacağı hələ ki, müəmmalı görünür”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür