Lavrov və səfir səviyyəsində İSMARICLAR

09:48 13-02-2023 | icon 430 | Siyasət
Lavrov və səfir səviyyəsində İSMARICLAR

Rusiyanın İrəvandakı səfiri XİN rəhbəri Mirzoyana xatırladıb ki, Ermənistan dövlət olmasına görə kimə borcludur; daha öncə Kremlin baş diplomatı erməniləri işğalçı adlandırmışdı - Moskvanın sıxma-boğmada məqsədi nədir? 

 

Lavrov Ermənistanın işğalçı tərəf olduğunu ermənilərin başına vurdu. Sual oluna bilər ki, Kreml İrəvanın xirtdəyindən yapışıb sıxmağa davam etdikcə onu özünə çəkməyə, yenidən peykinə qaytarmağa nail ola biləcəkmi? Avroatlantik məkana inteqrasiya xətti tutduğu görünən Paşinyan komandasının Rusiya ilə münasibətləri hara qədər belə gərgin tonda davam edəcək?

 

Məsələyə münasibət bildirəm Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiyadan Lavrov və səfir səviyyəsində ismarışları təsadüfi saymır:

 

“Rus ekspertləri də tez-tez ermənilərin yadına salırlar ki, - "varlığınız üçün bizə borclusunuz, sizə dövləti də biz yaratmışıq, sizin bölgədə yaşamağınıza da dəstək vermişik, ordunuzu silahlandırmışıq, dəmiryollarınız əlimizdədir, indi nə üzümüzə ağ olursunuz?!" - Yəni mesajları mən belə qiymətləndirirəm. Rusiya Ermənistanın təzə ağa axtarmasını, yeni qucaq tapmasını qəbul etməyəcək. Məncə, Putin Paşinyanı hələ lazımı qədər sıxmayıb".

 

Fuad Əliyev qeyd etdi ki, Rusiya Ermənistana təzyiq göstərmək üçün böyük resurslara malikdir, onun cüzi hissəsini göstərib:

 

"Ermənistanın Avropa İttifaqını sərhədə çağırması, Gümrü qarşısında aksiyalar təşkil etməsi bağışlanmayacaq. Paşinyan strateji seçim etdiyini göstərir və Rusiya bu ölkəni əldən verməyəcək. Əslində ermənilər ruslara minnətdar olmalıdırlar, onların Rusiyaya daha çox ehtiyacı var. Əgər Paşinyan Avropa ilə əlaqələri inkişaf etdirmək istəyirsə, bunu Rusiyanı qıcıqlandırmadan, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıraraq etməlidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...