Türkiyəm səninləyik...

12:18 13-02-2023 | icon 366 | Köşə
Türkiyəm səninləyik...

 

Qan, can qardaşımız Türkiyəmizdə böyük zəlzələ fəlakəti yaşanır. Dəhşətli, tarixdə görünməmiş dağıntılar böyük faciəyə səbəb olub, minlərlə insanımız həlak olub. Minlərlə yaralılar ölüm-qalım savaşı aparır.... Türk dünyası matəm içində...

 

 
Təbiət türk xalqı ilə çox pis oyun oynadı, bir tərəfdən də soyuq hava az qala qanımızı dondurur. Ürəyimiz sızlayır, qəlbimiz qan ağlayır...
 
Uçmuş binaların, evlərin dağılan daşları, panelləri arasında sıxışıb qalmış, soyuqdan, havasızlıqdan, susuzluqdan, düşdüyü o ağlasığmaz məngənədən çıxa biləcəkmi ümidi, ümidsizliyi ilə dəhşətli anlar yaşayan insanlar, bu anlar "Orda kimsə varmı"-çağırışını, harayını, sualını gözləyir. Amma o daşların altında sıxışıb qalanlar arasında sehr, ümid verən o sözləri kimlər eşidəcək; vaxtında ona yetişəcəklərmi?...O ana qədər bizim daşlar altında sıxışıb qalan qardaşlarımızın halı necə olacaq...
 
 
"Möhkəm olun, cəsur olun, əziz qardaşlarımız, bacılarımız, körpələrimiz..." düşüncəsi, xəyalı, həyacanı ilə çarəsizcə dua edirik...
 
 
...hər gün televiziyadan zəlzələ dağıntıları üzüərində axtarış aparan xilasediciləri izləyirik: "bəlkə durduğunuz o daşın altında kimsə var, səsini çıxara bilmir, gözləri ilə kömək istəyir, durma axtar, baxıb keçmə...."- deyə həyəcandayıq, çarəsizik, narahatıq, göz yaşlarımızı saxlaya bilmirik... ona görə də minlərlə can itkisi arasında, hər xilas edilən insanımız bizə bir başqa sevinc bəxş edir....sağ -salamat ağır daşların, dar çuxurların arasından xilas edilənlərə şükr edirik...

 
Əziz, canım Türkiyəmiz çox ağır zamanını yaşayır. Qardaşımızın acısı bizi də ağrıdır, üzür. Hər kəs qardaş harayına qaçır.. Bu dərd bütün Türk Dünyasını yaralayıb, qanı sızlayır. Əlbəttə, erməni, fransız kimi neçə -neçə boş başlar türkün bu fəlakətinə sevinəcəklər. Amma unudurlar: bir ölən türkün yerində yüzləri cücərəcək, hər bir türk insanı öz torpağını can verərkən də qoruyacaq, o uçan daşlar da yenidəmn hörüləcək, dirçələcək...
 
Türkiyə, onun yanında olan bütün türklər, azərbaycanlılar bu hadisəni qızdırılmış, qaynamış bədənə vurulan zərbə, döyən çəkic kimi hiss edir, o daha da bərkiyəcək, polad kimi möhkəm olacaq...
 
Türkiyəm, dərdinə şərikik...Səninləyik. Allahdan həyatını torpağa verən, itirən bütün qardaşlarımıza rəhmət, zəlzələdə xəsarət alanlara, yaralılara şəfalar diləyirik.

BAŞIN SAĞOLSUN TÜRK DÜNYASI, ƏZİZ TÜRKİYƏM . SƏBİRLİ, QÜDRƏTLİ OL!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN