AMİP-dən ÇAĞIRIŞ

13:35 13-02-2023 | icon 395 | Siyasət
AMİP-dən ÇAĞIRIŞ

“Azərbaycan-Ermənistan sərhədində sərhəd və gömrük məntəqəsi qurulmalıdır”

 

Bu gün Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilib. Şəhidlərin və Türkiyədə “əsrin fəalkəti” nəticəsində həlak olmuş insanların xatirəsini yad etməklə başlayan iclasda ölkədə və regiondakı mövcud durum, eləcə də “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunub.

 

Bu barədə Versus.az-a məlumat verən AMİM Mərkəzi Şurasının sədri Rəşad Bayramov Türkiyədə baş verən zəlzələ ilə bağlı partiyalara bir çağırış edildiyini qeyd edib.

 

O, bildirib ki, Mərkəzi Şura zəlzələnin ilk saatlarından etibarən dövlət və millət olaraq hər kəsin səfərbər olması, ayrı-ayrı dövlət qurumlarının, “Heydər Əliyev” fondunun timsalında qeyri-hökumət təşkilatlarının, sahibkarların və xüsusilə də vətəndaşlarımızın zəlzələdən zərər çəkmiş insanlara yardım etmək üçün bir yumruq kimi birləşməsini müsbət qiymətləndirib, partiya üzvlərinin istər maliyyə, istər humanitar yardım, istərsə də könüllülər olaraq göstərdiyi fəaliyyətin bundan sonra da davam etdirilməsi ilə bağlı bütün partiya üzvlərinə çağırış edib.

 

AMİP Mərkəzi Şurası eyni zamanda Laçın yolunda ekoloqların, vətəndaş cəmiyyəti fəallarının və könüllülərin keçirdiyi aksyanın tələblərini dəstəkldiyini bildirib, ərazilərimizdəki təbii sərvətlərin talanmasına, Laçın yolu vasitəsilə silah və mina daşınmasına, eləcə də ayrı-ayrı xarici ölkələrin xüsusi xidmət orqanlarının və üçüncü ölkə vətəndaşlarının  ərazilərimizə qeyri-qanunu səfərlərinə son qoymaq üçün yolun Azərbaycan tərəfindən nəzarət götürülməsi və bu məqsədlə həmin ərazidə Azərbaycan-Ermənistan sərhəddində sərhəd və kömrük məntəqəsinin qurulması üçün konkret addımların atılması hakimiyyətdən tələb edib.

 

R.Bayramov Mərkəzi Şurada bəyantın qəbul olunduğunu pnə çəkib:

 

“Qəbul edilmiş bəyanatda üçtərəfli bəyanatın tələblərindən irəli gələn öhdəliklərə uyğun olaraq ərazilərimizdəki erməni hərbi birləşmələrinin çıxarılması və Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətin həyata keçirilməsi üçün hərbi əməliyyatlara başlanmasının vacibliyi vurğulanıb. Bəyanatda həmçinin ayrı-ayrı beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycan əleyhinə qəbul etdikləri bəyanat və qətnamələrin ikili standartlar və xristian təəsübkeşliyindən irəli gəlməsi ilə yanaşı, həm də həmin təşkilatlarda və dövlətlərdə təmsil olunan diplomatik nümayəndələrimizin fəaliyyətsizliyinin və üzrələrinə düşən vəzifələri düzgün icra edə bilməməsinin nəticəsi olaraq qiymətləndirilib. AMİP Mərkəzi Şurası həmçinin İranın Azərbaycan dövlətinə və cənubdakı soydaşlarımıza qarşı terror siyasəti həyata keçirdiyini vurğulayaraq İrandan gələn təhlükənin dəf olunmasının təkcə dövlətin ayrı-ayrı strukturlarının deyil, hər bir vətəndaşın borcu olduğunu bəyan edərək İranın cəsus şəbəkəsinə qarşı mübarizədə hər kəsin ayıq-sayıq olmasının vacibliyini qeydetmişdir”.

 

Mərkəzi Şura həmçinin ölkədəki qiymət artımı ilə bağlı məsələni də geniş müzakirə olunub:

 

“AMİP Mərkəzi Şurası, istər ərzaq, istər tibbi preparatların qiymətlərində az qala hər gün artım olması ilə yanaşı, müvafiq dövlət qurumlarının səhv siyasəti nəticəsində komunal və nəqliyyat xərclərində də mövcud olan artımların hakimiyyətin sosial dövlət konsepsiyasına uyğun gəlmədiyini bəyan edərək əmək haqqı və müavinətlərə olan artımların əhalinin normal yaşayışını təmin etmək üçün kifayət etmədiyini bəyan edib. Daha sonra “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuş və fəaliyyət planı təsdiqlənib”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin