Röya Ayxan Ayanın bu arzusunu reallaşdırdı

14:42 15-02-2023 | icon 709 | Şou-biznes
Röya Ayxan Ayanın bu arzusunu reallaşdırdı

Xalq artisti Röya Ayxan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlara baş çəkib.


Versus.Az xəbər verir ki, bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, məşhur sənətçi Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı belə bir addım atıb.


“Ayan Babazadənin ən böyük arzularından biri mənimlə görüşmək imiş. Buna biganə qala bilməzdim. “Nargis” Fondunun kollektivi ilə birlikdə Uşaq Klinikasına baş çəkdim. Görüşümüz elə maraqlı keçdi ki. Onun üçün “Ayan” mahnısını oxudum, digər uşaqlarla birgə dedik, güldük, əyləndik. Hədiyyələrini verdik. Hisslərimi yazmaqda çətinlik çəkirəm. Bu gün həm də Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Onlarla bağlı arzularım çoxdur. Hamınızı sağlam, ailənizin yanında görmək istəyirəm. Mənim balaca dostlarım, sizi sevirəm” - deyə, Röya Ayxan açıqlamasında qeyd edib.

 

https://www.instagram.com/p/CorX2zqAKP1/

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...