Türkiyə-Ermənistan sərhədləri açıq qalarsa...

15:49 16-02-2023 | icon 372 | Geopolitika
Türkiyə-Ermənistan sərhədləri açıq qalarsa...

 

Türkiyədə yaşanan böyük zəlzələ fəlakətindən sonra humanitar məqsədlə Ermənistanla açılan sərhədlərin yenidən qapadılmayacağı və bunun Azərbaycan, eləcə də Türkiyə üçün hansı vədlər verə biləcəyi gündəmdə. Məlumdur ki, Ermənistan sərhəd məntəqəsindən Türkiyəyə humanitar yardım göndərib. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç humanitar yardıma görə Ermənistana minnətdarlığını bildirib. 1988-ci ildə Ermənistanda zəlzələ olanda Türkiyə eyni marşrutla qonşu ölkəyə humanitar yardım göndərmişdi. 30 ildən sonra Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycana hansı təhlükə yarada bilər?

 

 

“Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın ziyanınadır”

 

“Türkiyə-Ermənistan sərhəddinin humanitar kömək xaricində başqa əməkdaşlıqlar üçün açılması Azərbaycanın və  bütün türk dünyasının həyati mənafelərinə ziddir, ziyanlıdır və buna əsla imkan verilə bilməz”.

 

Bunu hafta.az-a siyasi ekspert Aydın Quliyev Türkiyədə baş verən dəhşətli zəlzələ fəlakətindən sonra bir sıra ekspertlərin sərhədlərin digər əməkdaşlıqlar üçün bir daha bağlanmaması ilə bağlı səsləndirdiyi fikirlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bəzi ekspert dil pəhləvanları artıq Türkiyə-Ermənistan sərhədlərinin çoxçeşidli və həmişəlik açılmasından və bu açılımın  "iqtsadi-siyasi  faydalarından "şirin  nağıllar qoşmağa başlaylblar. Belələri üçün zəlzələ Türkiyə-Ermənistan sərhədlərinin açılmasını zəruri və mümkün edən həlledici motiv oldu...

 

A.Quliyev qeyd edib ki, zəlzələnin acılarını Azərbaycan da, xalqımız da yaşayır, qardaş ölkəyə canımızı da fəda etməyə hazırıq . Lakin türk dövlətlərinin və türk toplumlarımızın böyük real mənafeləri hər kəs üçün zəlzələ ağrılarından  üstündür və bunu düzgün dəyərləndirmək lazımdır.

 

A.Quliyev qeyd edib ki, zəlzələdən sonrakı müddətdə Türkiyə -Ermənistan sərhəd keçidinin humanitar yardımlar məqsədilə açıq  saxlanması başadüşüləndir. Ancaq Türkiyə-Ermənistan sərhəd-keçidinin humanitar yardımlar üçün indiki açılımı həmişəlik və hər cür əməkdaşlıq üçün olarsa bunun Azərbaycana böyük ziyandan başqa  heç bir faydası olmayacaq:

 

“Qardaş ölkədə baş verən fəlakət humanitar yardımlar üçün bütün imkanların və yolların  açılması zəruri edir. Lakin söhbət tək humanitar yardımlardan gedə bilər. Ermənistanda rəsmilərin və xalqın hətta belə bir fəlakətdən sonra Türkiyəyə nifrət qusduğunu da unutmayaq.

Eləc də Türkiyə-Ermənistan sərhəddi zəlzələyə görə bağlanmayıb ki, zəlzələ üstündə də açılsın.

...1988-ci ildə də Türkiyə Ermənistanın zəlzələ bölgələrinə humanitar yardım etmişdi.  Nə əcəb Ermənistan bu humanizmə rəğmən Azərbaycan  türklərinə qarşı misilsiz vəhşiliklərdən çəkinmədi, üstəlik Bakıdan yardım aparan təyyarəni vurdu.

Ona görə də Türkiyə -Ermənistan sərhədlərinin bağlanmasına  nədən olmuş səbəblər tam aradan qalxmayınca, bu sərhəd humanitar yardımdan  başqa heç bir halda hərtərəfli əlaqələr üçün açıla bilməz. Bu sərhəd ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana təcavüzü səbəbi ilə bağlanıb.Təcavüz tam bitdimi ki, bəziləri artıq Ermənistan -Türkiyə sərhəddinin sçılmasının guya Azərbaycana heç bir ziyanı olmayacağı barədə  məsuliyyətsiz və yaramaz bəyanatlar verməyə başlayıblar...”

 

 

 “Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq”

 

Politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar və hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubenyan başçılıq edir. Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi:

 

“Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq. Sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. Sərhədin açılmasıyla Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq. Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir. Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək daha faydalıdır. Digər tərəfdən Ermənistan öz məhsulları Türkiyəyə ixrac edilə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur”.

 

“Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərinin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi”-sualına gəlincə, ekspert hesab edir ki, bu, Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. Ekspert hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq ve regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir:

 

“Zəngəzur dəhilizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı Ermənistan üçün də faydalı olacaq. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol