Paşinyan "canı çıxmış qardaş"dan dərs almadı

10:21 17-02-2023 | icon 365 | Geopolitika
Paşinyan "canı çıxmış qardaş"dan dərs almadı

Fuad Əliyev: "Qərblə Rusiyanın postsovet məkanında toqquşmaları davam edəcək"

 

Ermənistan Rusiyaya dost olan postsovet ölkələri sırasındadır, lakin İrəvan iki ölkənin münasibətlərinə yenidən baxmağa başlayıb. Moskva Əlaqələrin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun məlumatında deyilir: “Tədqiqat apararkən 14 ölkədən səkkizi dost dövlət kimi tanınıb: Belarus (88,4 bal), Qırğızıstan (60,6 bal), Özbəkistan (59,3 bal), Qazaxıstan (58,4 bal), Ermənistan (58,3 bal), Tacikistan (57,9 bal), Azərbaycan (57 bal) və Türkmənistan (47,1 bal). Dörd ölkə isə açıq düşmən kateqoriyasına düşüb: Latviya (mənfi 45,8 bal), Litva (mənfi 49 bal), Estoniya (mənfi 51,8 bal) və Ukrayna (mənfi 83,6 bal). Daha ikisi, Gürcüstan və Moldova (24,2 və 8,3 bal) "nisbətən dost" dövlətlər hesab olunur".

 

İstər Moskva Əlaqələrin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun sorğusunun ikinci bəndində, istərsə Duma sədrinin xəbərdarlığında açıq xətlə göstərilir ki, Ermənistan dostdur, amma hakimiyyəti yox. Görünən budur ki, Rusiya ona müttəfiq və dost gördüyü Ermənistanda qeyri-dost bir iqtidar olduğunu hesab edir. Ona görə Moskva ilə İrəvan münasibətləri son dərəcə kəskinləşib və getdikcə də tünd bir rəng almaqdadır.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən ALDP sədri Fuad Əliyev Paşinyanın Zelenski və Saakaşvilidən nəticə çıxarmadığını düşünür.

 

Partiya sədrinin fikrincə, oxşar addımları Moldova lideri Maya Sandu da davam etdirir:

 

“Postsovet məkanı Rusiyanın həssas yerlərindən biridir. Rusiya Suriya, yaxud Afrikada hansısa mövzularda güzəştə gedə bilər, amma keçmiş sovet ölkələri ilə bağlı Qərbin siyasətini süngü ilə qarşılayır. Çünki bu ölkələr strateji olaraq Avroatlantik məkana yaxınlaşdıqca, Rusiya çevrəsinin daralacağını düşünür. Əgər eyni vəziyyətlə ABŞ qarşılaşsa, daha kəskin reaksiya bildirər. Necə ki, Kubaya sanksiyalar tətbiq etməkdədir. Deməli, qonşusunda onunla hesablaşmayan hakimiyyəti cəzalandırır. O halda Rusiya da cavab verir ki, sən niyə Ukraynaya, Ermənistana, bir sözlə, mənim əhatə dairəmə yaxınlaşırsan? Bu, strateji mübarizədir, bölgədə rəqabət getdikcə güclənəcək, Qərblə Rusiyanın postsovet məkanında toqquşmaları davam edəcək”.

 

Fuad Əliyevin fikrincə, hələlik rinqdə nəticələr bərabər görünür:

 

“ABŞ Gürcüstanda məxməri inqilab elədi, Saakaşvilini yerləşdirdi, amma 2008-də rus ordusu Tiflisə yaxınlaşdı, indi isə keçmiş gürcü prezidenti nə haldadır, hazırkı gürcü hökuməti isə Moskva ilə ehtiyatlı siyasət yürüdür. Qərb növbəti inqilabı 2014-də Ukraynada etdi, Maydan hərəkatı qurdu, sonra Rusiya cavabında Krımı ilhaq elədi, Luqansk və Donetskdə döyüşlər başladı, 8 il sonra isə rus ordusu tamamilə Ukrayna ərazilərinə daxil oldu. İndi Moldova və Ermənistanda Qərblə Rusiyanın toqquşmasına tamaşa edirik. Maya Sandu bildirir ki, ruslar dövlət çevrilişinə cəhd ediblər, deməli, Moskva Kişinyovu hələ çox sıxacaq. Üstəlik, bu ölkədə Dnestryanı ərazilər problemi mövcuddur. Ermənistana gəlincə, burada da oxşar ssenaridir: Soros Fondunun sponsorluğu ilə küçədən gələn Paşinyan hakimiyyəti götürdü, Rusiyanın gözü qarşısında onun müttəfiqi olan ölkədə inqilab elədilər. Və indiyə qədər Moskva ilə İrəvan yola getmirlər. Eyni prosesə şahidik - Paşinyan qərbpərəstdir, Rusiyaya aid nə varsa qarşı çıxır, müharibədə məğlubiyyətə görə rusların onları satdığını təbliğ edir, beləcə əlaqələr pisləşir. Volodin buna işarə edərək bildirir ki, Ermənistan strateji seçimini etməlidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol