Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.
Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı departamentinin müdiri Eyvaz İsmayılov açıqlamasında bildirib ki, əvvəlki qanunvericilikdə hərbi qulluqçular tərxis olunduqdan sonra onlara pensiya təyin edilirdi. Əgər yenidən hərbi qulluqçular hərbi xidmətə qayıdırdısa, həmin şəxslərin pensiyaları sonuncu təminat xərcliyinə əsasən hesablanmırdı.
Yeni qərara əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi şəhid ailə üzvlərinə münasibətdə yeni növ pensiya təyinatı ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanacaq.
Eyvaz İsmayılov qeyd edib ki, bununla bağlı müraciətlərin mexanizmi də dəyişib. Dəyişikliklə hərbi qulluqçular işlədiyi orqana müraciət edib, onların sonuncu məlumat vərəqi daxil olduqdan sonra fond tərəfindən pensiyalarının yenidən hesablanması həyata keçirilir. Şəhid ailələrinə gəlincə isə, onlar yerli DOST mərkəzlərinə və yaxud fondun yerli orqanlarına müraciət etdikdən sonra onların hüquqları yarandığı dövrdən pensiyaların məbləğinə yenidən baxılır.
Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: