Türkiyə müxalifətinin ABŞ sevgisi və SEÇKİ TƏLƏSGƏNLİYİ

10:28 21-02-2023 | icon 378 | Geopolitika
Türkiyə müxalifətinin ABŞ sevgisi və SEÇKİ TƏLƏSGƏNLİYİ

Fuad Əliyev: "Rəcəb Tayyib Ərdoğanın qalib olacağına şübhə etmirəm"

 

Qardaş məmləkətdə əsrin ən dağıdıcı zəlzələsi ölkənin siyasi həyatına da öz təsirlərini göstərməyə başlayıb. Söhbət ilk növbədə mayın 14-nə təyin edilən prezident və parlament seçkilərinin vaxtının dəyişdirilməsindən gedir. Bu məsələdə iqtidarla müxalifət, belə görünür, fərqli baxışlara sahibdir. Fevralın 17-də Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib ki, Ali Seçki Komissiyası seçkilərin təxirə salınması tələbi səsləndirsə, bu, demokratiyaya zərbə olar.

 

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev vurğulayıb ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınç seçkilərin təxirə salınmasını təklif edib.

 

ALDP sədri qeyd edib ki, Bülent Arınç seçki tarixi ilə bağlı üç təklif irəli sürüb və ən əsası təklif, o, seçkilərin bütün siyasi partiyaların razılaşdığı tarixdə keçirilməsini təklif edib:

 

"Hesab edirəm ki, indiki vəziyyətdə bütün siyasi partiyaların razılaşdığı tarixi müəyyən etmək çox çətin olacaq. Ərdoğan hakimiyyəti üçün indi ən vacib olan fəlakətin nəticələrini aradan qaldırmaqdır. Türkiyə müxalifətin zəlzələdən qabaq olan reytinqi Ərdoğanın reytinqindən çox aşağı idi. İndi müxalifət nümayəndələri belə hesab etdilər ki, zəlzələnin ağır nəticələri Ərdoğan hakimiyyətinin imicinə böyük zərbə vurub. Zəlzələnin baş verəndən 2-3 gün sonra, böyük miqyasda olan dağıntıları əsas götürərək, Türkiyə müxalifəti dərhal ittihamlara keçdilər. Nəzərə alsaq ki, son dövrdə ABŞ-Türkiyə münasibətləri çox gərgin idi, Türkiyə müxalifəti dolayısı ilə ABŞ-ın dəstəyini almağa da çalışır".

 

Fuad Əliyevin fikrincə Türkiyə müxalifət olaraq ”altılı masa" çox yaxşı bilir ki, Ərdoğan hakimiyyəti zəlzələ fəsadlarını aradan qaldıracaq və bununla da iqtidarın mövqeyini gücləndirəcək. Ona görə də “altılı masa” tələsir:

 

"Bu gün Ərdoğanın hakimiyyətdə qalması və ölkəni toparlanmasını daha məqbul sayıram. Əsas məsələ məncə, bu da deyil. Əsas məsələ, fikrimcə, post-Ərdoğan dövrüdür, getməlidir. Ərdoğanın davamçısı varmı? AKP onun kimi qətiyyətli bir siyasətçini yetişdiribmi? Çünki 5-7 il sonra bu məsələ ortaya çıxacaq. Və belə bir namizəd olmasa, ABŞ Türkiyənin regionda, dünyada mövqeyini zəiflətmək üçün daha aktiv fəaliyyətə keçəcək. Amma indiki gözlənilən seçkilərə gəlincə, Ərdoğanın qalib olacağına şübhə etmirəm".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı