“Düşünürəm ki, yaxın 6 ayda hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması gözlənilmir. Müəyyən dərəcədə ortaq məxrəclər tapılsa da, prosesin uzanması gözlənilir. Çünki Ermənistan Azərbaycanın təklif etdiyi “nəzarət-buraxılış məntəqəsinin açılması” təklifini qəbul etməyəcək”.

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə Münhen Təhlükəsizlik Konfransından sonra Ermənistanın Azərbaycanın təkliflərinə hansı cavabı verəcəyi ilə bağlı açıqlamasında bildirib.

 

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanı sülhə dəvət edərək bir neçə dəfə təkliflərlə çıxış edib və Ermənistan da öz təkliflərini verib. Amma işğalçı və məğlub Ermənistanın təkliflərində Qarabağla bağlı bənd yer aldığı üçün Azərbaycan tərəfindən qəbul edilməzdir:

 

“Dövlət başçısı İlham Əliyev Münhendə Ermənistan tərəfinə rəsmi olaraq təkliflərini verdi. Bu təklifdə hər iki ölkənin sərhəddində - Laçın yolunda Azərbaycan-Ermənistan dövlət buraxılış nəzarət məntəqəsinin yaradılması yer alır. Əgər Ermənistan tərəfi Zəngəzurda nəzarət- buraxılış məntəqəsinin yaradılmasını qeyd edirsə, təbii ki, Laçın dəhlizində də nəzarət-buraxılış məntəqəsinin yaradılması zərurəti yaranır. Hesab edirəm ki, Ermənistan tərəfi təkliflərə müəyyən dərəcədə cavab  verəcək. Amma düşünürəm ki, Ermənistan tərəfi 10 noyabr bəyannaməsini bir şərt kimi irəli sürüb Laçında dəhlizin olmamasını qeyd edəcək. Növbəti mərhədlədə dəhlizə nəzarət buraxılış məntəqəsi ilə bağlı fikir ayrılığı ortaya çıxacaq”.

 

TAHİRƏ
Versus.az