“Qisas 2” ƏMƏLİYYATI

11:36 22-02-2023 | icon 645 | Müharibə
“Qisas 2” ƏMƏLİYYATI

Ədalət Vəliyev: "Ordumuz yaxın zamanda yeni əməliyyatlar keçirə bilər"

 

Ermənistan ordusu və Qarabağdakı separatçılar Azərbaycan Silahlı Qüvvələrinə qarşı yenidən təxribat törədiblər. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tovuz rayonu, Naxçıvan Muxtar Respublikası, həmçinin Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər rayonunu, Şuşa şəhəri və Xocavənd rayonu atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görüb.

     

    Ermənilərin Münhen Təhlükəsizlik Konfrasından sonra təxribata əl atması İrəvanın destruktiv mövqeyindən xəbər verir. Ermənistan tərəfi bununla sülh danışıqlarını və sərhədlərin delimitasiya prosesini gecikdirməyi hədəfləyir.

     

    Xatırladaq ki, Prezident İlham Əliyev Münhendə çıxışı zamanı Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. "Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır", - dövlət başçısı deyib.

     

    Lakin ermənilər Azərbaycan tərəfinin təkliflərinə müsbət yanaşmayıblar. Onlar dolayısı ilə gərginliyin qalmasında maraqlı olduqlarını nümayiş etdiriblər. Belə məqamda Fransa Prezidenti Emmanuel Makronun Münhendə Ermənistanın yanında olacağı barədə bəyanatı separatçıları təxribata həvəsləndirib. Görünür, erməni silahlıları Fransanın dəstəyinə arxalanaraq, Azərbaycanın 5 rayonunu hədəf almaqdan çəkinməyiblər.

     

    Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, erməni tərəfi Laçında nəzarət-buraxılış məntəqələrinin açılmasını istəmir:

     

    "Vardanyanın Qarabağa gəlişindən sonra Azərbaycan erməni icması ilə qeyri-rəsmi danışıqları dayandırdı. Bundan sonra Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında nəzarət buraxılışı məntəqisinin fəaliyyətə başlaması ilə bağlı açıqlama verdi. Atəşkəsin pozulmağı ondan xəbər verir ki, erməni tərəfi nəzarət buraxılış məntəqəsinin açılmasını istəmir və bundan narahatlıq keçirir".

     

    Ə.Verdiyev onu da vurğulayıb ki, ordumuz yaxın zamanda yeni əməliyyatlar keçirə bilər:

     

    "Separatçılar atəşkəsi pozmaq kimi nəticəsi ağır olan səhvə yol verir. Bunun qarşısını almaq üçün "Qisas 2" əməliyyatının keçirilməsi istisna deyil. İstənilən halda Azərbaycan bütün Qarabağ üzərində suverenliyini təmin etmək niyyətindədir. Separatçıların fəallaşmasının səbəbi ölkə başçısının Laçın yolu ilə bağlı səsləndirdiyi bəyanatlarla bağlıdır. Ancaq onların belə addımlar atmasının nəticəsi Vətən müharibəsi və ondan sonra keçirilən əməliyyatlardan fərqli olmayacaq". /oxu.az/

    Xəbər lenti

    InvestAZ

    Ən çox oxunan xəbərlər

    Əfəndilər, Yardımlı da Azərbaycandır

    Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

    Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

    Rusiyada teraktda yaralananların durumu açıqlanıb

    Ayılar üçün maraqlı əyləncə

    Artritə səbəb olan 5 mühüm SƏHV

    İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

    Tarixçidən maraqlı faktlar

    İtlər hətta simvolları da anlayırlar

    Gündə 1 dəqiqə cəfəri çeynəyin

    Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

    Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

    Dəri problemlərindən mərciməklə xilas olun

    Bu iki ədviyyatı birgə istifadə edin

    Ən sürətli qol