Ermənilər yenə atəşkəsi pozdu və...

17:28 22-02-2023 | icon 395 | Geopolitika
Ermənilər yenə atəşkəsi pozdu və...

"Aİ missiyasının əsas vəzifəsi Ermənistandakı rus təsirini zəiflətməkdir"

 

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan MR-nin Sədərək rayonundakı mövqeləri atəşə məruz qalıb. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Nə baş verir?

 

Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, indiki məqamda erməni silahlılarının həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutması diqqət çəkir.

 

Onun szölərinə görə, fevralın 20-də Avropa İttifaqının missiyası Ermənistanda fəaliyyətə başlayıb və cəmi bir gün sonra erməni qüvvələri təxribata əl atır:

 

"Bu hadisə bir daha onu göstərir ki, Aİ missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Ümumiyyətlə, rəsmi Bakı bu haqda əvvəllər də xəbərdarlıq edib. Çünki Ermənistan tərəfi Aİ missiyasının gəlişini öz çirkin siyasəti üçün istifadə etməyə çalışır. Bu mənada bənzər təxribatların bundan sonra da olması mümkündür. İrəvan bu yolla göstərmək istəyir ki, regionda gərginliyi artıran guya Azərbaycandır və rəsmi Bakının mövqeyi destruktivdir. Erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını həm də özü üçün “təhlükəsizlik çətiri” hesab edir".

 

Politoloq bildirib ki, diqqətçəkən bir digər məqam İranın səssizliyidir. Məsələ ondadır ki, Aİ missiyası həm də Ermənistan ilə İran sərhədinə yaxın ərazidə fəaliyyət göstərir:

 

"Rəsmi Tehran prosesi yaxından izləsə də, hadisələrə müdaxilə etmək iqtidarında deyil. Çünki İsrailin bir müddət öncə İrana məxsus hərbi obyektləri PUA-lardan məhv etməsi, Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumu və təbii ki, daxildəki etiraz aksiyalarına görə İranın başı kifayət qədər qarışıqdır. Tehran hələlik prosesləri müşahidə etməklə kifayətlənir. Rusiya isə açıq şəkildə Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətmir. Məsələ ondadır ki, Aİ missiyasının əsas vəzifəsi Ermənistandakı rus təsirini zəiflətməkdir. Onsuz da bir müddətdir davam edən anti-Rusiya abu-havası Aİ missiyasının Ermənistanda yerləşdirilməsi ilə daha da artıb. Kreml missiyanın əsl niyyətini yaxşı anlayır və buna görə də narahatlığını gizlədə bilmir".

 

Politoloq hesab edir ki, indiki məqamda Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur:

 

"Rəsmi Bakı bundan öncə olduğu kimi, yenə də istənilən təxribata sərt şəkildə cavab verəcək. Prinsip etibarilə son təxribatlara Ordumuzun adekvat cavab verməsi də bunu təsdiqləyir. İstənilən təxribatların məsuliyyətini rəsmi İrəvan daşıyır və mümkündür Bakı təxribatların intensivləşməsi halında cavab tədbirlərini sərtləşdirə və növbəti cəza xarakterli hərbi əməliyyatlara başlaya bilə"

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…