"Deviç Azərbaycanda ən yaxşı hücumçu olduğunu göstərdi"

20:41 03-02-2019 | icon 437 | İdman
"Deviç Azərbaycanda ən yaxşı hücumçu olduğunu göstərdi"

 

Versus.Az "Report"a istinadən bildirir ki, "Sabah" komandasının serbiyalı qapıçısı Saşa Stamenkoviçin səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra müsahibə verib:

 

Oyunu necə dəyərləndirərdiniz?

- Türkiyədə 3 həftəlik yaxşı təlim-məşq toplanışı keçirmişdik. Bunun nəticəsidir ki, gün çempionatın davamına hazır olduğumuzu göstərdik. Mövsümə də belə başlamışdıq. İstərdik ki, bu, təkcə mövsümün ilk rəsmi qələbəsi ilə yadda qalmasın və uğurlarımızın davamı gəlsin.

Vərəqə sarıdan bol qarşılaşma oldu. Hakimlik barədə nə deyə bilərsiniz?

- Fikrimcə, biz özümüz sarı və qırmızı vərəqələri haqq etdik. Çünki meydanda gərgin mübarizə gedirdi. 2:0 hesabı ilə qalib gəlməyimiz "Zirə"dən güclü olmağımızın göstəricisi deyil. Rəqib güclü oyun sərgilədi və təcrübəli futbolçulardan ibarətdir. Sadəcə, ola bilsin, uzun fasilədən sonra doğma meydanda çıxış etdikləri üçün qələbə istəkləri daha böyük idi. Bu isə onlarda təzyiq yaratdığından, qələbə istəklərinə mane oldu.

Elə göründü ki, sizin üçün 10 futbolçu ilə çıxış etmək 11 nəfərlə oynamaqdan daha rahat idi...

- İki tur əvvəl "Neftçi" ilə oynadığımız vaxt biz say üstünlüyü qazanmışdıq. Amma həmin qarşılaşmada 1:2 hesabı ilə uduzmuşduq. Bu dəfə fasilədə dedik ki, elə 11 nəfər kimi oynadığımızı beynimizə yeritsək, sonadək də belə davam edəcəyik. İkinci hissə başlayan kimi Cavid İmamverdiyevin təcrübəsi hesabına penalti qazandıq. Marko Deviç isə qol və məhsuldar ötürmə ilə Azərbaycanda çıxış edən ən yaxşı hücumçu olduğunu bir daha sübuta yetirdi. "Sabah"da ilk rəsmi oyunlarını keçirən Təmkin Xəlilzadə, Rəşad Eyubov və Coşqun Diniyevi də bu qələbə münasibətilə təbrik etmək, onlara belə davam etmələrini arzulamaq istərdim.

Növbəti turda "Qəbələ"ni qəbul edəcəksiniz...

- "Sabah" ilk turdan göstərib ki, oyunlara tam köklənə bilsə, kimə qarşı oynamalarının fərqi yoxdur. Elə anlar da olur ki, oyuna psixoloji cəhətdən hazır olmadıqda bizi I Divizion komandası da məğlub edə bilər. Oyuna köklənəcəyimiz təqdirdə isə elə futbolçularımız var ki, istənilən güclü komandanı üstələməyə qadirik.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olummuş həmyerliniz Milan Obradoviçlə görüşmüsünüzmü və onun barədə hansı fikirdəsiniz?

-Obradoviçi yaxşı tanıyıram. "Srvena Zvezda"da çıxış etdiyim vaxt "Partizan"da çıxış edirdi və ona qarşı oynamışam. Futbolçu kimi nizam-intizama diqqət edir, aqressiv oyunu sevirdi. Burada da keyfiyyətli gənc futbolçular var. Əminəm ki, onların köməyilə Azərbaycan yığması, nəhayət, nəticə əldə edə bilər. Bunun üçün Obradoviçin təcrübəsi də var. Çünki Serbiya yığmasında köməkçi-məşqçi kimi məşhur futbolçularla çalışıb. Biliklərini burada da aşılamağı bacarsa, əminəm ki, Azərbaycan yığması gözəl oyun sərgiləyəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI