“Prezident ilin son hadisəsini Xankəndidə yaşatdı”

13:01 25-12-2023 | icon 1155 | Siyasət
“Prezident ilin son hadisəsini Xankəndidə yaşatdı”

Ramil Hüseynov: “O, Xankəndi futbol meydançasında topa ilk zərbə vurmaqla ilin möhtəşəm son akkordunu etdi”

 

 

“Xalq, şanlı Azərbaycan olaraq 2023-cü ilin bizim üçün önəmi çox böyükdür. 2020-ci ildə azadlığımız, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda başladığımız mücadiləni 2023-cü ildə tam yekunlaşdırdıq. Bundan böyük siyasi hadisə, xoşbəxtlik ola bilməz. Üçrəngli bayrağımız bütün sərhədlərimizdə dalğalanır. Bu şanlı tarixi yazanlara, bu möhtəşəm zəfəri ərsəyə gətirən Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edir, cənab Prezident başda olmaqla bütün xidməti olan hər kəsə dərin ehtiram və minnətdarlığımı bildirirəm. Bu qələbələr bir daha göstərdi ki, müdrik xalqımız öz etimadı və etibarı ilə dövlətimizin inkşafı və möhkəmlənməsi üçün daima hazır və hakimdir”.

 

Bunu Versus.Az-a “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov 2023-cü ilin yadda qalan hadisələrinə diqqət çəkərkən bildirib.

 

Mərkəz rəhbərinin fikrincə, suvernliyimizin möhkənlənməsindən daha önəmli və vacib siyasi hadisə yoxdur:

 

“Düşmənini fiziki olaraq diz çökdürən qəhrəmanlarımız hərbi, siyasi olaraq da bütün dayaqlarını məğlub etdik. Bu çox ciddi diplomatik qələbə hərbi strategiyamızın uğurudur. Nəzərə alaq ki, bunu cəsarətli Azərbaycan oğulları 24 saata həyata keçirtdi, düşmənin tam məğlubiyyəti baş verdi. Butun bunlar regionda dayanaqlı sülhün, sabitliyin təməlini qoydu, sülh sazişinin imzalanmasını qaçılmaz etdi. Artıq qarşı tərəfin rəsmiləri ən yüksək səviyədə və tribunalarında açıq mətinlə bunun danılmaz olduğunu etiraf edirlər”.

 

R.Hüseynov eyni zamanda bu il həm də ölkəmizdə bir neçə beynəlxalq tədbirlərin keçirildiyini önə çəkib. Bildirib ki, bu tədbirlərin də siyasi və iqtisadi mahiyyəti və əhəmiyyəti önəmlidir:

 

“Tərəfdaş ölkələrin sayının artırılması Avropa İttifaqında 9 üzv ölkələrlə münasibətlərimizin möhkəmlənməsi, hörmətli prezidentimizin xarici səfərləri və bu səfərlərin effektivliyi baxımından yanaşanda bəllidir ki, müasir şəraitdə cənab İlham Əliyevin rasional idarəçilik nümunəsi ölkəmizə müsbət töhvələrini verməkdədir. Bu rasional davranış modeli Azərbaycanın siyasi sisteminə ciddi uğurlara yol açdı, milli məqsədlərə nail olduq. Dərin analitik təhlilləri ilə dövlətimizin beynəlxalq nüfuzunun artmasına, mutərəqqi addımlarıla Qarabağ zəfərinin möhkəmlənməsinə, xalqımızın həmrəylik ruhunun artmasına, milli ideologiyamızda əsas dəyişməz  mövqeyimizin dövlətin təməl prinsiplərinin qorunmasına,  Azərbaycanın sivilizasiyalararası bir məmləkətə çevrilməsinə gətirib çıxartdı.

Yaşıl enerjinin Avropaya öturulməsi ilə bağlı imzalanan anlaşma Memorondumu Avropa ölkələri ilə strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən hadislərdən biridir. Qlobal tərəfdaşlıq konsepsiyalarına daxil olan bu tip addımlar müasir dünyada dövlətlər arasında təhlükəsizliyi təmin etmək üçün əhəmiyyətli strateji taktiki siyasi, həm də iqtisadi lahiyələrdir. Bu konteksdə Azərbaycan, Gürcüstan, Rumınya, Macarıstan arasında yaşıl enerjinin inkşafı və ötürülməsi mühüm siyasi addımların ifadəsidir”.

 

R.Hüseynov bütün bunlarla yanaşı 2023-cü il ulu öndər Heydər Əliyev ilində Qalib Sərkərdə İlham Əliyevin fəaliyyətinin 20 illiyinin qeyd olunduğunu önə çəkib. Mərkəz rəhbəri Prezidentliyinin 20 illiyinin sonu və doğum günündən bir gün əvvəl İlham Əliyevin Xankəndidə səfərdə olmasını xüsusi vurğu ilə qeyd edib. O, dekabrın 23-də Xankəndi futbol meydançasında keçirilən ilk oyunlara start verilərkən, ölkə başçısının topa ilk zərbəni vurmasını ilin möhtəşəm son akkordları adlandırdı:

 

“Xalqımızı qarşıdan gələn il münasibəti ilə təbrik edirəm. Biz hər zaman yeni ili həmrəylik günümüzlə bir arada qeyd etmişik. Bu həmrəylik nailiyyətlərinə ciddi töhvə verən cənab prezidentimizi doğum günü munasibəti ilə təbrik edirəm. Dövlətimizin uğurlarını, imkanlarını, inkşafını ucaldan Ali Baş Komandana həmişə uca zirvələrdə olmağı arzu edirəm. Allah sağlam həyat, möhkəm can sağlığı nəsib etsin daima”.

 

ARZU
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...