“Lavrovun Laçın dəhlizi ilə bağlı dediklərinin məntiqi əsası yoxdur”

16:01 01-03-2023 | icon 482 | Geopolitika
“Lavrovun Laçın dəhlizi ilə bağlı dediklərinin məntiqi əsası yoxdur”

Məhəmməd Əsədullazadə: "Rusiya yenə anti-Azərbaycan mövqeyindədir"

 

“Lavrovun Bakı səfəri mənfi çalarlarla yadda qaldı. Bununla yanaşı Laçın dəhlizi ilə bağlı Lavrovun dediklərinin heç bir məntiqi əsası yoxdur. Lavrov başqa bir ölkənin daxili işlərinə qarışa bilməz”

 

Bunu Versus.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda  mətbuat konfransda  - Laçın yolunun rejimi və onun funksiyası ilə bağlı dediyi “Laçın yolu humanitar məqsədlər üçün açıq olmalıdır”,  fikirləri ilə bağlı açıqlamasında bildirib.

 

M.Əsədullazadə bildirib ki, Lavrovun Azərbaycan səfəri ilə bağlı müsbət gözləntilər yenə suya düşdü. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqının missiyasını sərhəddə daşıması və bu fonda Rusiya isteriyasının gücləndiyini nəzərə alsaq, Rusiya Laçın dəhlizi və Qarabağda baş verənlərlə bağlı Azərbaycana üstünük verdiyini göstərməli idi:

 

“Amma biz bunun  tərsini gördük. Rusiya yenə də anti-Azərbaycan mövqeyini ortaya qoydu, yenə də “Laçın dəhlizindən maniəsiz keçid”in təmin edilməsi istəyi ilə ermənilərin könlünü almağa çalışdı. Bu o deməkdir ki, Rusiya  Laçın dəhlizinin əvvəlki vəziyyətə gətirilməsini istəyir. Yenə də silah-sursatın daşınmasını, Azərbaycana qarşı separatizmin davam etməsində maraqlıdır. Amma Azərbaycan müstəqil bir dövlətdir və təbii ki, real vəziyyətə uyğun olaraq addımlayacağını hədəf götürür. Regionda marağı olan bu cür dövlətlərin məntiqsiz çıxışları da qaçılmazdır”

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı