"Mövcud reallıqlar digər addımların atılmasını tələb edir"
“Lavrov sadəcə olaraq öz ölkəsinin mövqeyini bildirib və təbii ki, bu məsələdə Azərbaycanla Rusiya arasında fikir ayrılıqları var. Heç kəs bizə öz ölkəsinin maraqlarını diqtə edə bilməz.”
Bunu Versus.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında dediyi - “Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır”- fikirləri ilə bağlı açıqlamasında bildirib.
M.Məmmədli qeyd edib ki, Rusiyanın bu yanaşması Azərbaycanın möveyinə ziddir. Çünki bu yaxınlarda cənab prezident Münhen Təhlükəsizlik Konfransında çıxış edərək demişdi ki, Azərbaycan Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsinin yaradılmasını təklif edib.
Politoloq qeyd edib ki, üçtərəfli sazişdə nəzarət buraxılış məntəqəsinin yaradılması yer almasa da, mövcud reallıqlar digər addımların atılmasını tələb edir.
“Təbii ki, Azərbaycanı onun milli, dövlət maraqlarındn çıxış edir. Rusiya Laçın yolunda sərhəddə buraxılış məntəqəsinin yaradılmasına razı deyil”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"