Qərb-Rusiya, Rusiya -Ermənistan toqquşması regionu hansı uçurum qarşısına gətirir?

20:28 01-03-2023 | icon 338 | Qarabağ
Qərb-Rusiya, Rusiya -Ermənistan toqquşması regionu hansı uçurum qarşısına gətirir?

 

 

Regionun geosiyasi mənzərəsi Avropa missiyasının Ermənistana gəlişi, bu müstəvidə Rusiya Qərb arasında gərginliyin yaranması fonunda yeni münaqişə alovunun yaranması ehtimallarını üzə çıxarır. Belə bir şəraitdə Qarabağda qalan separatçı tör-töküntülərinin başqasının ərazisində bir-birini vəzifəyə gətirib, çıxarmasında Rusiyanın Ermənistana, Ermənistanın isə Rusiyaya Qərbə yönəlik mesajları, addımları müşahidə olunur. Belə bir vaxtda Türkiyənin Azərbaycanın yanında olması ölkəmizi Qərb, Rusiya, Ermənistan arasında baş verən  toqquşmaların qığılcımından necə qoruya bilər. Hazırda regionla bağlı gərginliklər və Azərbaycana edilən yersiz ittiham və təsirlər fonunda nələ müşahidə olunur? 

 

Siyasi ekspertlər mövcud vəziyyəti Versus.az-a bir neçə aspektdə təhlil ediblər.

 

Elxan Şahinoğlu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə son telefon söhbətinin sətiraltı məqsədi bəllidir. Onun sözlərinə görə, telefon zəngindən əvvəl erməni separatçılarının lideri Araik Arutunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Paşinyan bu istefanı istəyib. Ermənistanın baş naziri Araik Arutunyanın əli ilə Ruben Vardanyanı istefaya göndərdikdən sonra Putinə anlatmaq istəyib ki, prezident İlham Əliyevin istəyini yerinə yetirib və bunun qarşılığında Laçın dəhlizinin açılacağına ümid edir. Paşinyan Putinə Beynəlxalq Məhkəmənin Laçın yoluyla bağlı qərarını da xatırladıb.

“Ruben Vardanyan Kremlin layihəsi idi, alınmadı, imtina etdilər, bu Paşinyanın da işinə yaradı. Putin Ukraynaya qarşı müharibə ilə özünü və ölkəsini dərin böhrana yuvarlandırıb, həyatında görmədiyi Laçın yolundakı vəziyyət onu narahat etmir. Üstəgəl Avropa İttifaqı müşahidə missiyasını Ermənistanda yerləşdirən Paşinyan Kreml sahibini qəzəbləndirib. Belə vəziyyətdə Putin Laçın yolundakı etirazla bağlı Bakıdan niyə nəsə xahiş etməlidir...”-politoloq bildirib.

 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə qurduğu əlaqələrə diqqət çəkib. O, bildirib ki, bu gün Azərbaycan sülh müqaviləsinin bağlanması istiqamətində Türkiyə ilə kordinasiyalı fəaliyyət göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri əsasən, zəlzələdə qardaş ölkəyə dəstək və digər aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

 

“Regionda ciddi proseslər gedir və Türkiyə Cənubi Qafqazda əsas söz sahiblərindən biridir. Qeyd edim ki, son aylar Ermənistanda anti- Rusiya isteriyasi fonunda Azərbaycana Kreml tərəfindən müsbət referanslar edilir. Çünki Ermənistanda siyasi mövqeləri zəifləyir və Avropa İttifaqı çətiri altında Fransanın siyasi dəstəyi artır. Bu da regionda yeni yanaşmalar ortaya qoymağı tələb edir. Ona görə də Türkiyə Azərbaycan həlledici situasiyada Ermənistan üzərindən yeni bir təhdidlərə də hazır olmalıdır.

İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində Vaşinqton-Brüssel tandemi aktiv hərəkətə keçib. Bir tərəfdən də Rusiyanın yeni sülh planı var. Həmçinin Qarabağda Vardayan planı fiaskoya uğrayaraq Kreml məcbur olub Bakıya güzəştlərə gedir.

Bu da ona gətirib ki, Azərbaycanla Türkiyə Rusiyanın bu yanaşmasından mütləq nəticələr çıxarıb məsləhətləşmələr aparmalıdır. Rusiya regionda qalıcı sülh də maraqlı deyil və yeni bir təxribatlara da gedə bilər”.

 

M.Əsədullazadə qeyd edib ki, bu səfər çərçivəsində Azərbaycan Qərbin yaxud Moskvanın vasitəçiliyinə üstünlük vermək üçün Ankara ilə məsləhətləşmələr apara bilər. Onun fikrincə, Prezident İlham Əliyev elə bir siyasət ortaya qoyur ki, Ankaranın regionda qalıcılığı qorunub saxlanılsın və proseslərdə dinamik iştirakçılığı davam etsin. Həmçinin Ermənistan ərazisindən Zəngəzur dəhlizində nəzarət buraxılış məntəqəsi və bunun paralelində Laçın dəhlizində Azərbaycanın nəzarət buraxılış məntəqəsinin qurulması müzakirə ediləcək. Çünki Ermənistan eksterritorial dəhliz verməyəcəyini rəsmən bəyan edir. Yeni bir təkliflər masaya gətirilib.

“Prezident İlham Əliyevin səfəri birdaha göstərir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində Qərblə Rusiya arasında davam edən rəqabətdə obyektiv bir yanaşma ortaya qoyaraq Türkiyə ilə birgə siyasətini kordinasiya edir. Moskvanı neytrallaşdırması üçün Türkiyənin bizim yanımızda olması ən başlıca amildir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında Türkiyənində iştirakı gündəliyə gələcək”.

 

 

İctimai-siyasi ekspert Aydın Quliyev hesab edir ki, Vardanyan Xankəndidə qondarma nazir vəzifəsindən getsə də, Azərbaycan prezidentinin tələbinin əsil mahiyyətini ya hələ anlamır, ya da ona sərf etmədiyi üçün anlamaq istəmir. Vardanyan Qondarma hökumətin iclasında bir sicilləmə ərizə oxuyub, özünü tox tutmaq ədası ilə "əsgər istefa verməz" -deyərək guya istefa verdiyini ört-basdır etməyə çalışıb, əslində isə açıq şəkildə "xarici təzyiqlərlə vəzifədən gedirəm ,ancaq Qarabağda qalıram "deyib...

 

“Azərbaycanın təzyiqi altında istefa verən Vardanyan Xankındidə necə qala bilər? Onun bu niyyətinə Azərbaycan necə izn verə bilər? Vardanyan Xankəndinə gələndən nə hoqqalardan çıxmadı? Azərbaycan prezidentinin tələbi Vardanyanın vəzifədən getməsi deyil, onun bütün Qarabağı tərk etməsidir...Vardanyan olmayan dövlətin naziri vəzifəsindən gedib. İndidə Xankəndidən qovulması onunçün 2-ci rüsvayçılıq olacaq”.

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi