İranın erməni yaralarına "məlhəm" olamaq iddiası

20:45 01-03-2023 | icon 483 | Geopolitika
İranın erməni yaralarına "məlhəm" olamaq iddiası

“İran rejimi islamı içindən çürütmək niyyəti ilə qurulmuş bir rejimdir"

 

İran rəsmiləri bu dəfə açıqlama verdilər ki,  Ermənistanın müharibədə yaralanmış hərbçilərinn müalicəsini, reablitasiyasını öz üzərinə götürməyə, bu işdə onlara yardım etməyə hazırdır. Azərbaycanla bağlı bu istiqamətdə bir addım belə atmayan qonşu, ərazisində 40 milyon azərbaycan-türkü yaşayan  islam dövlətinin bu yanaşması hansı aqressiya və mövqe nümayişidir. Azərbaycana, islama qarşı döyüşən işğalçı bir kafirə müsəlman şiyə dövlətinin belə belə bir bəyanatla dəstək nümayişi hansı oyundur, hansı üzünün göstəricisidir?

 

 

Hərbi ekspert Emin Həsənli məsələ ilə bağlı Versus.az-a açıqlamasında bildirib ki, İrandan Azərbaycan qazilərinə heç bir yardım edilməyib. Onun fikrincə, əgər vaxtilə kimlərəsə tibbi yardım edilibsə, yaxud Qum şəhərində təhsil almağa imkan yaradılıbsa bunu öz məqsədləri üçün düşünüblər.

 

E.Həsənli qeyd edib ki, artıq İranın Azərbaycana məlum aqressiv münasibətindən sonra heç bir qazimiz onlardan gələn dəstəyi qəbul etməz. O, eləcə də hesab edir ki, İranla bağlı məsələlərdə hər bir insanımız məsafə saxlamağa üstünlük verməlidir:

 

“İranın bu mövqeyi yeni deyil. İran hər zaman Azərbaycana qarşı fəaliyyət göstərib və birmənalı olaraq Ermənistana dəstək verib. 2020-ci ilin noyabr ayına qədər İran Ermənistana olan münasibətini gizli saxlayırdı. Amma 44 günlük Vətən Müharibəsində qələbə əldə etdikdən sonra bu mövqeyini açıq-aydın göstərdi. İran Ermənistanı müdafiə edən müxtəlif bəyanatlar verib: "sərhədlər dəyişə bilməz", Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, işğalçı məğlub ölkəyə silahlar verir və açıq şəkildə onun yanında olduğunu bəyan edir. Eləcə də İran Qafanda konsulluq açdı, Ermənistanın baş nazirinin həyat yoldaşını "hacı" kimi qarşılamağı və Azərbaycana qarşı nifrət püskürmələri çox təəssüf hissi doğurur. Lakin unudurlar ki, İranda 40 milyondan çox azərbaycanlı-türk var, onlar bir gün qalxıb öz haqq-hüququnu bəra edəcəklər”.

 

E.Həsənli bildirib ki, İranın nə deməsindən asılı olmayaraq bu ölkənin özünün sonu yoxdur:

 

“Azərbaycan bütövləşəcək və bölgədə öz tarixi missiyasını, rolunu uğurla oynayacaqdır. Ona görə də İranın nə deməyindən asılı olmayaraq, biz youmuzdan dönən deyilik. Azərbaycan dövləti milli, dövlət maraqlarından geri çəkilən deyil”

 

 

İlahiyyatçı Tural İrfan açıqlamasında qeyd edib ki, İranın məlum bəyanatı bir daha təsdiq edir ki, bu dövlət antiislam rejimlə idarə olunur və tək Azərbaycana qarşı deyil, ümumiyyətlə dünya müsəlmanlarına qarşı meydan oxuyur. Onun sözlərinə görə, İranın bu cür hərəkətlərinin cavabını tək Azərbaycan yox, bütün islam dünyası verməlidir. Həmçinin işğaldan azad edilmiş, lakin ermənilər tərəfindən dağıdılmış, viran edilmiş  məscidlərə, abidələrə, müqəddəs yerlərə  cavabdehliyi ermənilərlə yanaşı İran da daşıyır. Çünki İran daim ermənilərə yardımçı olub. O müqəddəs yerlər də tək Azərbaycanın yox, ümumi islam aləminin mənəvi sərvətləridir”.

 

T.İrfan bildirib ki, Azərbaycan bu məsələləri dünya ictimaiyyətinə geniş çatdırmalı və dünyadakı müsəlman dövlətləri də buna öz reaksiyalarını bildirməlidirlər:

 

“İran rejimi islamı içindən çürütmək niyyəti ilə qurulmuş bir rejimdir. Bu prosesdə Ermənistanı da öz tərkib hissələrində görürlər. Məh hesab edirəm ki, bununla bağlı bizim Şeyxül İslam Paşazadə və Dini Qurumlarla iş üzrə Komitə ciddi bəyanatlar verməli, məsələlər dünyanın dini rəhbərlərinə çatdırılmalıdır.  Din xadimlərimiz İranın qeyri-islami yanaşmasına kəskin etirazlarını bildirməlidirlər”.

 

“Özünü “islam respublikası” adlandıran İran və onun molla rejiminin Ermənistana sevgisi bitib-tükənmək bilmir. Bu dəfə həmin sevgini rejimin əmək və sosial rifah naziri Seyid Sultan Murtuzavinin timsalında müşahidə etdik”. 

Bunu politoloq Turan Rzayev Ermənistanda səfərdə olan Murtuzavinin erməni həmkarı Narek Mkrtçyanla görüş zamanı “İran 2020-ci ildə Qarabağda müharibə zamanı yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır” fikirləri ilə bağlı açıqlamasında deyib.

 

Politoloq qeyd edib ki, düzdür,  bütün ölkələrin bir-biri ilə istənilən sahədə əməkdaşlıq edib, yardımlaşmaq haqqı var. Lakin İranın Ermənistanla bağlı bu mövqeyinin insani hisslərdən qaynaqlanmadığı aşkardır:

 

“Murtuzavinin Mkrtçyanla görüş zamanı dediyi sözlər İranın ali dini liderinin iki il əvvəl verdiyi “fitvanı” tam təkzib edir. Murtuzavi deyir ki, İran 2020-ci ildə yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasiya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”. İran ali dini lideri Əli Xamaneinin isə Qarabağın müsəlmanların torpağı olduğunu, bu torpaqların azad edilməsi uğrunda həlak olanların isə şəhid olduğunu “müəyyənləşdirən” fitvası var.

Göründüyü kimi, hazırda molla rejimi baş mollanın verdiyi fitvaya zidd olaraq “şəhid” adlandırdığı insanların həyatını itirmədən öncə yaraladığı erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır. Murtazavi Tehranın birgə peşə məktəbləri yaratmaq niyyətini də qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflər həmçinin Zəngəzur bölgəsində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə ediblər.

Politoloq bildirib ki, S.Murtazavinin qeyd etdiyi “Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi təmsil etdiyi rejim üçün prioritet təşkil edir” sözləri isə faktiki olaraq bir daha İranın səlibçi təfəkkürlü xarici siyasət apardığını gözlər önünə sərir.

 

“Əhalisinin böyük hissəsi islam dininə etiqad edən bir ölkənin torpaqlarının 27 ildən artıq işğalda qalmasına, ən yenisinin yaşı yüzdən artıq olan məscidlərinin dağıdılmasına, həmin dağıdılmış məscidlərdə donuz saxlanılaraq açıq şəkildə islam dininin təhqir olunmasına göz yuman, indi isə bütün bunları edən Ermənistana bütün sferalarda yardım edən bir ölkənin islam dini ilə yaxından-uzaqdan əlaqəsi ola bilməz. Bu, molla rejiminin, əslində, səlibçi təfəkkürlü imperialist ölkə olduğunu bir daha sübut edir”.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin