"Avropanın Paşinyana verə biləcəyi vədlər içərisində “Xankəndi” yoxdur"

20:51 01-03-2023 | icon 430 | Qarabağ
"Avropanın Paşinyana verə biləcəyi vədlər içərisində “Xankəndi” yoxdur"

 

Xəbər verildiyi kimi, Avropa Parlamenti İrəvana birbaşa ultimatum verib ki, bu ölkə ilə əməkdaşlığın intensivləşdirilməsi yalnız Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünə xitam verməsindən ildikdən sonra mümkündür.

Ermənipərəst deputat Marina Kalyurand qeyd edib ki, Avropa İttifaqı (Aİ) bu gün Ermənistanın Rusiya və Belarusla Gömrük İttifaqının bir hissəsi olmasına göz yuma bilməz. Avropa ermənilərin bu yöndə hökumətə təzyiq göstərməsini istəyir.

Məlumdur ki, Ermənistan KTMT-dən çıxmaq təşəbbüsü ilə çıxış edib və ölkədə rusofob əhvali-ruhiyyə güclənib, Rusiya hərbi bazasının Gümrüdən çıxarılması tələbi ilə tez-tez mitinqlər keçirilir. Ermənistan bu dəfə əlində iki qarpız tuta biləcəkmi və maraqlıdır, Qərb Ermənistandan istədiklərini alacaqsa, regionla bağlı ona hansı vədləri verir?

 

Politoloq Rəşad Bayramov  Versus.az-a çıqlamasında bildirib ki, Avropanın ayrı-ayrı dairələrinin Ermənistana bu cür ultimatumlar göndərməsinin  səbəbləri aydırndır. Onun sözlərinə görə, Paşinyan məhz Avropanın ayrı-ayrı dairələrinin, Qərbin, ABŞ-ın dəstəyi ilə seçkiləri qazanıb və onun götürdüyü öhtəlikləri var.

 

“Bu dəstəklərin əvəzində Ermənistan Rusiya ilə məsafə saxlamalı, Rusiyanın regiondan çıxarılması və nəticə etibarilə rus hərbi bazasının ərazidən çıxarılmasını təmin etmək idi. Bu gün həmin dairələr Paşinyanın üzərinə götürdüyü bu öhtəliklərin icraasını tələb edir”.

Politoloq qeyd edib ki, regionla bağlı Ermənistana verilən vədlər sırasında Azərbaycana qarşı hansısa təzyiqlərin edilməsi də yer ala bilər. Eyni zamanda Ermənistanın hansısa regional layihələrə cəlb edilməsi də verilən vədlərə daxil ola bilər. Bununla belə R.Bayramov Avropa İttifaqının Qarabağ məsələsində Ermənistana hər hansı  vəd verməsini mümkünsüz hesab edir. Onun fikrincə, Ermənistan ABŞ üçün ancaq Rusiyanın regiondan sıxışdırılması üçün istifadə edə buləcəyi bir vasitədir.

“Ağlı başında olan hər hansı Avropa dövlətinin, ABŞ -ın “Qarabağ məsələsini Ermənistanın xeyrinə dəyişəcəyi” hansısa vədi verə biləcəyini düşünmürəm. Çünki Azərbaycan Ermənistanla müqaysə olunmayacaq səviyyədə inkişaf edib və Avropa, ABŞ-üçün Azərbaycan kifayət qədər önəm daşıyacaq bir ölkədir. Ona görə də Avropanın Paşinyana verə biləcəyi vədlər içərisində “Xankəndi” yoxdur. Ola bilər ki, Fransa və yaxud ona bənzər hansısa Avropa dairəsi hansısa təşəbüslə şçıxış eləsin, amma bu təşəbbüs olaraq qalacaq”.

R.Bayramov qeyd edib ki, Avropa hansısa vədləri icra etməzdən əvvəl Ermənistanın götürdüyü öhtəlikləri yerinə yetirməsi tələb edir. Onun fikrincə, məhz bundan sonra Avropanın vədləri Rusiyasız Ermənistanın necə mövcud olması imkanını təmin etməklə bağlı ola bilər.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı