Məcburi köçkünlərin uşaqları üçün İntensiv Tədris Düşərgəsi başa çatdı

21:04 03-02-2019 | icon 498 | Təhsil
Məcburi köçkünlərin uşaqları üçün İntensiv Tədris Düşərgəsi başa çatdı

 

Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün “Code for Future” şüarı ilə həyata keçirilən (“Gələcəyi kodlaşdır”) Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsi başa çatıb.

 

Versus.az xəbər verir ki, ötən ilin dekabr ayından start verilən Tədris Düşərgəsində iştirak etmək və gələcəyin ən önəmli bacarıqlarından olan kodlaşdırmaya yiyələnmək üçün 358 şagird imtahanlarda iştirak edib. Seçimlərə əsasən, ən yaxşı nəticə göstərən 60 iştirakçı düşərgəyə qəbul olunub.

 

Həmin iştirakçılar ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə 25 yanvar - 03 fevral 2019-ci il tarixlərində 10 günlük sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak ediblər. Düşərgə çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənib, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olublar. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də iştirak ediblər.

 

İştirakçılardan ən yaxşı nəticələr göstərən 4 nəfər, Əhmədova Nəzrin, Vəliyev Şamxal, Vəlizadə Vüqar və Bərxudarov Orxan sonda notbukla mükafatlandırılıb.  Həmçinin informasiya texnologiyaları sahəsində xüsusi bacarıqları ilə seçilən 2 nəfər iştirakçı Qasımov Uğur və Tağıyev Nurlan Bakıda uzun müddətli pulsuz təhsil almaq imkanı qazanıb.

 

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Mingəçevir şəhər ərazisində məskunlaşmış məcburi köçkün məktəblilərinin İT savadlılığının artırılması və kodlaşdırma (programlaşdırma) bacarıqlarını inkişaf etdirilməsi, müəllimlərin tədris potensialını gücləndirilməsidir.

 

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsində iştirak pulsuzdur. Lahiyə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

 

Bənzər layihə ilk olaraq 5-14 sentyabr 2018-ci il tarixlərində Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün Biləsuvar rayonu ərazisində uğurla həyata keçirilib.

 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI