Qoşulmama Hərəkatının növbəti Bakı Zirvəsi

20:02 03-03-2023 | icon 601 | Siyasət
Qoşulmama Hərəkatının növbəti Bakı Zirvəsi

Qoşulmama Hərəkatının təşəbbüskarlığı qlobal nəticələr verdi

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət Komitəsinin sədri/

 
 

Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dünən – 2 mart 2023-cü ildə Hərəkatının “COVID-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı, verdiyi mühüm ismarıclar yalnız “COVİD-19”la və yalnız Hərəkatdaxili məsələlərlə bağlı olmayıb, ümumdünya əhəmiyyətli mövzuları əhatə edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, - “Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra “COVID-19”a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu”.

 
 
Gəlin bir sıra önəmli məqamları xronoloji ardıcıllıqla sıralayaq:
 
 
-2019-cu ildən Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın bu səlahiyyətinin müddəti ötən il başa çatsa da, üzvlərin yekdil qərarı ilə müddət daha bir il uzadıldı;
 
 
- Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü, təşəbbüs qəbul olundu və həmin Zirvə toplantısında müvafiq məlumat bazası hazırlamaq üçün İşçi Qrupunun yaradılması qərara alındı. Bu qərarın önəmini yalnız bir fakt belə təsdiq etmək gücündədir: ÜST pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etməkçün məhz bu məlumat bazasına istinad edib;
 
 
- “Vaksin millətçiliyi” anlayışını ilk dəfə Azərbaycan Prezidenti beynəlxalq leksikona daxil etdi və zəngin dövlətlərin öz ehtiyaclarından artıq vaksin tədarük edərək, kasıb ölkələrin ehtiyaclarının gözardı edilməsi, onların köməksiz buraxılması kimi ciddi qayğıları beynəlxalq birliyin diqqətinə çatdırdı. Heç təsadüfi deyil ki, 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında bütün ölkələrin vaksinlərdən ədalətli şəkildə istifadəsini təmin etməkçün iki qətnamə qəbul edildi. – Yəni Qoşulmama Hərəkatının təşəbbüskarlığı qlobal nəticələr verdi;
 
 
- “COVİD-19”la mübarizədə beynəlxalq həmrəyliyə nail olmaqçün Azərbay­canın mühüm təşəbbüsü oldu və BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi böyük dəstək qazandı. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirildi, sessiyada 70-dən çox dövlət və hökumət başçısı çıxış etdi. Bir cümlə ilə desək, bəşəriyyəti təhdid edən koronovirusla mübarizədə Qoşulmama Hərəkatının liderliyi qəbul edildi. – “Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi”;
 
 
- Azərbaycan Respublikası 80-dən çox (əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan) ölkəyə koronavirusla mübarizə ilə bağlı maliyyə və humanitar yardım göstərdi;
 
 
- Əlbəttə, söhbət yalnız koronovirusla mübarizədən getmir – o da bir sınaqdı və Hərəkat bu sınaqdan ləyaqətlə çıxdı. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dönəmində institusional olaraq inkişaf etdi. – Bu, Hərəkatın tarixində qızıl səhifələrdə qalacaq hadisədir. Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstəyini əsirgəmir, bu dəstək gələcəkdə də davam etməklə, beynəlxalq nizamın təşəkkülünə, yeni dünya düzənində ədalətin təsisinə böyük töhfədir. Misal üçün Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və bu yeni təsisatın ilk iclası 2022-ci ilin iyun ayında Bakıda uğurla keçirilib. Digər bir təsisat Qoşulmama Hərəkatının Gənclər Təşkilatıdır. Gənclər Təşkilatı ötən ilin iyulunda “Şuşa Razılaşması” əsasında yaradılıb və daimi katibliyi Bakıda yerləşəcək;
 
 
Yeri gəlmişkən, beynəlxalq nizamın təşəkkülündən, yeni dünya düzənindən, planetdə qalıcı ədalətin təsisindən danışırıqsa, bir sıra arzuolunmaz tendensiyaların qarşısının alınması aktuallaq qazanmış olur. Hərəkatın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir”. – Belə olan halda, özəlliklə ikili standartlar siyasətinə qarşı çıxmaq, “COVİD-19”a qarşı mübarizdən daha mütəşəkkil qaydada mübarizənin təşkili hər bir ləyaqətli ölkənin, ədalətli beynəlxalq təşkilatın mənəvi öhdəliyidir. – “Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir”. – Prezident bu sözləri də sammit xarakterli Zirvə görüşündə dedi.
 
 

Fransanın XXI yüzillikdə də davam edən müstəmləkəçiliyi sıfırlanmalıdır

 
 
- Yeni dünya düzəni, yeni siyasi arxitektura, beynəlxalq dizayn qaçınılmazdır və yenidən formalaşmada Qoşulmama Hərəkatının öz töhfələri, ədalətli mövqeyi və siyasi iradəsi ilə iştirakı bəşəriyyətin xeyrinədir. Hərəkat mühüm beynəlxalq təsisat kimi dünya düzəninin yenidən formalaşmasında rol almalı, yeniliklərə imza atmalıdır. – İnstitusional baxımdan inkişaf edən, öz nüfuzunu son illər ciddi şəkildə artıran Hərəkat belə yeniliklərə qadirdir. O zaman, ciddi Şərq-Qərb qarşıdurmasının fəsadları daha tez aradan qaldırıla bilər. Qərb demişkən, orada bir dövlət var ki, XXI yüzilin 23-cü ilində də müstəmləkəçilik siyasətindən əl çəkmir. Əksinə, Fransanın timsalında, neokolonializm meylinin artması müşahidə olunur. Zatən, Qoşulmama Hərəkatının təməl sənədlərində bu yöndə önəmli istinadlar vardır. “Biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir.
...Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. – Azərbaycan Prezidenti İlham Əliyevin Hərəkatın sədri kimi bu qətiyyətli möv­qeyi həm beynəlxalq məzmununa görə, həm də Fransanın anti-Azərbaycan siyasətinə obyektiv cavab dəyərində olduğuna görə özəlliklə qiymətlidir. İlk növbədə, ədalətli, beynəlxalq hüquqa dayalı bir mövqe olduğu üçün Fransa hökumətinin bu çağırışa, mühüm ismarıca biganə qalması, qeyri-ciddilik və beynəlxalq hüquqa, bəşəriyyətə sayğısızlıq demək olardı. Fransa haqlı, əsaslı çağırışlara cavab verməli, beynəlxalq cinayətlərinə son verməlidir. Bu iş əvvəl-axır olmalıdır. “Hər halda bu dünyada haqq var və o haqq zordan üstünür” (Atatürk).
 
 
Və nəhayət, BMT sistemində islahatlar mövzusu barədə. Bu islahatlar getdikcə daha çox ölkədən eşidilməkdə, dəstək görməkdədir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibi açıq şəkildə göstərir ki, bu, yeni dünya düzəni tələblərinə, çağırışlarına cavab vermir. İlk növbədə, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. “BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəs­təklənməlidir”. – Hərəkatın sədri, Azərbaycan Prezidenti Bakı Zirvəsində deyib.
 
 
DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin