Deputat İranda səfirliyimizi qoruyan şəxsin ailəsi ilə görüşüb

20:17 05-03-2023 | icon 563 | Siyasət
Deputat İranda səfirliyimizi qoruyan şəxsin ailəsi ilə görüşüb

 

 

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev rəhbərlik etdiyi partiyanın bir qrup heyəti ilə İrandakı səfirliyimizə hücum zamanı qəhrəmanlıq göstərən Vasif Tağıyevlə görüşüb.

 

Bu barədə Versus.az-a MSP-dən məlumat verilib.


Milli Cəbhə Partiyası - MCP sədri, deputat Razi Nurullayev bu haqda özünün  sosial şəbəkə hesabında da yazıb. R.Nurullayev bildirib ki, Vasif doğrudan da qəhrəmanlıq edib.


"Bu gün, İranda səfirliyimizi təkbaşına bir saat ərzində qoruyan və yalın əllə terrorçunu zərərsizləşdirən qəhrəmanımız Vasif Tağiyevi Milli Cəbhə Partiyası - MCP olaraq evində ziyarət etdik, ailə üzvlərini, övladlarını gördük, atası, qaynatası, qohumları ilə söhbət etdik.

Televiziyada görmək və dinləmək başqa, canlı olaraq dinləmək və o həyacanı yaşamaq başqa.  Bir daha əmin olduq ki, məlum hadisə əvvəlcədən təşkil olunmuş terror aktıdır və İran rəhbərliyinin də xəbəri olub".

Görüşdə MCP-nun dini məsələlər üzrə müavini Tural İrfan, partiyanın hüquq şöbəsinin müdiri Vugar Dadaşov, partiyanın qadınlar şurasının sədr müavini Sədaqət Əliyeva da iştirak edib.

 

Qeyd edək ki, Vasif Tağıyevi ölkə Prezidenti" Rəşadət Ordeni "ilə təltif edib.

 

"Var ol vətən oğlu!"-deyə, R.Nurullayev minnətdarlığını ifadə edib.

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı