"Gəncliyin səsi"

10:10 05-02-2019 | icon 455 | Mədəniyyət
"Gəncliyin səsi"

 

Ölkə gəncləri hər zaman dövlət dəstəyini hiss edirlər və bu da onların layiqli kadr kimi formalaşmasına öz töhfəsini verir.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin "2 fevral Gənclər günü kimi qeyd olunması haqqında" sərəncamı və Prezidentin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramı dövlətin mükəmməl gənclər siyasətinə bariz nümunədir.

 

Mədəniyyət Nazirliyi tərəfindən bu siyasətin məntiqi nəticəsi olaraq hər il "Gəncliyin səsi" festivalı gerçəkləşir. Festivalın məqsədi gənc istedadların üzə çıxarılması, onların bilik və bacarıqlarının doğru istiqamətdə yönəldilməsi və yaradıcılıq uğurlarının dəstəklənməsidir.

 

2016-cı ildən "Gəncliyin səsi" festivalı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.

 

Bu il festival "ASAN könüllülər" təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli, Masallı rayonlarında planlaşdırılır. 2 fevral Gənclər günündə "ASAN Xidmət könüllülər" Sumqayıt Dövlət Dram Teatrında Sumqayıtlı gənclərə gözəl duyğulu anlar yaşatdılar. Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyası ASAN könüllülərin maraqlı oyun tərzində tamaşaçılara çatdırıldı.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, şəhər icra hakimiyyəti ictimai- siyasi, humanitar şöbəsinin müdir müavini Fərman Kazımov və başqaları çıxış edərək gənclərə göstərilən dövlət qayğısından, onların təhsil və karyera perspektivlərinin açılmasına yönəlik münbit şəraitdən danışdılar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı