"Vəziyyət Qarabağda mühribə böhranı yaradır"

11:36 07-03-2023 | icon 445 | Qarabağ
"Vəziyyət Qarabağda mühribə böhranı yaradır"

 

 

 

 

“Şuşa ətrafında baş verən hadisə və eparatçıların müharibə ritorikası uzun müddətdir bölgədə yaranmış gərgin vəziyyətin nəticəsidir. Bu gün dinc aksiyalar üzündən Laçın – Xankəndi yolundan istifadə edə bilməyən separatçılar, indi də Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadə etməklə öz revanşist niyyətlərini həyata keçirməyə çalışıblar”.

 

 

Bunu versus.az-a hərbi ekspert Elxan Şıxəliyev Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək Ermənistandan Qarabağa hərbi ləvazimatlar, silah-sursat və şəxsi heyətin Azərbaycan ərazilərinə daşınması zamanı baş vern silahlı toqquşma ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

 

Hərbi ekspert bildirib ki, Qarabağda vəziyyət son dərəcədə ağırdır.  Azərbaycanın sülh, inteqrasiya, danışıqlarla məsələləri həll etmə təklifləri Ermənistan, erməni separatçıları və ərazidə müvəqqəti yerləşən sülhməramlılar tərəfindən konstruktiv qarşılanmır. Bu, Azərbaycanı hərbi gücə əl atmağa məcbur edəcək.

 

 

E.Şıxəliyev erməni separatçıların Qarabağa silah daşımaq üçün marşrutlarını dəyişmə səbəblərinə diqqət çəkib. Bildirib ki, Azərbaycan ictimaiyyət nümayəndələrinin və ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ermənilərin alternativ yola çıxmasına səbəb olub. Onun sözlərinə görə, vəziyyət düşmən üçün bütün yolların nəzarətə götürülməsini və lazm gələrsə bağlanmasını tələb edir.

 

 

“84 gündür ekoaktivistlərin müəyyən tələblərlə aksiya keçirməsinə baxmayaraq ermənilər hələ də bizim heyətlərin mədənlərimizi monitorinq etməsinə imkan yaratmır. Üstəlik, Şuşa-Laçın-Gorus yolundan qeyri-qanuni hərbi yükləri daşıya bilmədikləri üçün  Xankəndi-Xəlfəli-Turşsu yolundan istifadə etməyə qalxıblar. Həmin yol Laçın-Görus yoluna birləşir. Ermənilər sülhməramlıların 5 kilometirlik nəzarət zolağının içərisində olan bu yollardan özlərinin hərbi texniki təminatını həyata keçirmək üçün istifadə edirlər”.

 

Ekspert bir daha bəyan edib ki, Azərbaycan öz ərazisində heç bir qeyri-qanuni hərbi birləşmələrin, onların hərbi təminatının həyata keçirilməsini istəmir və buna yol verə bilməz. Ermənistan, Qarabağdakı erməni silahlı birləşmələri və Rusiya sülhməramlıları isə əksinə gərginliyi qorumaqda davam edir.

 

“Ermənistan konflikti yaratmaqla ümid edir ki, sərhəddə gətirdiyi Avropa missiyasının bir hissəsini başqa bir çətir altında, ərazidə insidentlər yaratmaqla Qarabağa daşıya biləcək. Ermənistan düşünür ki, Qarabağ məsələsini gərginləşdirməklə beynəlxalq güclərin təsiri ilə gələcəkdə ermənilərin “statuslarını” müəyyən edə bilər. Eyni zamanda yaranan mövcud konflikt Ermənistanın siyasi rəhbərliyinin Qarabağdakı erməniləri bu yöndə həvəsləndirmələri ilə bağlıdır.  Qarabağdakı ermənilər görürlər ki, ərazidə fiziki təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edir və düşünürlər ki, bunlar ərazidə istədikləri kimi davrana bilərlər. Ona görə də bu gün də Qarabağda qeyri-qanuni hərbi birləşmləri üçün yeni mövqelər hazırlayır, minalar basdırı, təlimlər və sair hazırlıqlar aparırlar. Düşünürlər ki, Azərbaycan hər hansı müdaxilə etsə Rusiya sülhməramlıları bunları müdafiə edəcək”.

 

E.Şıxəliyev Azərbaycanın Ermənistana, Qarabağdakı separatçı rejimə ünvanladığı sülh mesjlarına müsbət cavab verilmədiyinə birmənalı yanaşıb. O, bildirib ki, Azərbaycan Ermənistanı sülhə çağıran 5 baza təklifini, Qarabağdakı ermənilərə inteqrasiya təkliflərini versə də, o cümlədən Xocalıda ermənilərlə görüşüb sülh şəraitində Azərbaycan vətəndaşı olaraq onları birgə yaşayışa çağırsa da, danışıqlar dalana dirənib. Ermənilər Azərbaycanla birgə sülh şəraitində yaşamaq istəmirlər.

 

“Görünən odur ki, siyasi dialoq krtitiktir. Bu vəziyyət Qarabağda mühribə böhranı yaradır. Qarabağdakı ermənilər yumşaq gücü, dialoqu qəbul etmir, bölgədə münasibətlərin hərbi konfliktə keçirilməsində maraqlıdırlar. Ona görə də Azərbaycanın separatşı ermənilərin revanşist istəklərini sıfırlaması üçün bir variantı qalıb. Antiterror əməliyyatı keçirilməli, əli silahlı erməni ya məhv edilməli, ya silahsızlaşdırılmalı, ya da ərazidən çıxarılmalıdır”.

 

Ekspert bildirib ki, Ermənistan tərəfi antiterrorla üz-üzə gəlmək istəmir. Ona görə də, danşıqlar immitasiyası ilə zamanı uzatmaq planı ilə işləyir. Onun fikrincə, ermənilərin bu missiyası Rusiyanın da işinə yarıyır.

“Qarabağda baş verən erməni cinayətlərinin bir səbəbi də Rusiya sülhməramlılarıdır. Sülhməramlılar erməni silahlılarına qarşı heç bir tədbir görmür, bərabər planlar qururlar. Qarabağda baş verənlər Rusiya siayasi rəhbərliyinin planlarının hərbçilər tərəfindən həyata keçirlməsidir. Onlar Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını sözdə tanımaq istəsələr də, buradakı uzum müddətli mövcudluğunu təmin etmək üçün konflikti saxlayacaqlar. Bu, Rusiyanın köhnə siyasətidir –“parçala idarə et”. Ermənilər də buna alət olurlar”.

 

E.Şıxəliyev qeyd edib ki, Ermənistan və Rusiya sülhməramlılarının Qarabağda-Azərbaycan ərazilərində həyata keçirmək istədikləri planları ölkəmizin təhlükəsizliyinə təhdiddir. Ekspert hesab edir ki, Azərbaycanın siyasi istəklərinin həyata keçirilməsinin tək yolu artıq 2023-cü ilin sonuna qədər yekun antiterror əməliyyatlarının keçirilməsidir.

“Qeyri-qanuni erməni hərbi birləşmələri məhv ediləndən sonra inteqrasiya mümkün olacaq. Separatçıların anladıqları bir dil var, o da hərbi gücdür. Ermənilər bu hərbi təxribatları ilə Azərbaycanı antiterror aparmağa məcbur edəcək. Ermənistan 2020-ci ilin noyabrında nə baş verdisə onun təkrarını yaşamaq istəyir. Qarşı tərəf buna hazır olmalıdır”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin